Dövlət Xidməti abidələrə qanunsuz müdaxilələrlə bağlı monitorinqə başladı

Dövlət Xidməti abidələrə qanunsuz müdaxilələrlə bağlı monitorinqə başladı
11 aprel 2023
# 17:30

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinin mühafizəsinin gücləndirilməsi, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə monitorinq aparılır.

Kulis.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.


Qeyd olunub ki, həmçinin bir müddət öncə paytaxtda yerləşən tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələri də monitorinq edilir.

"Aparılan monitorinqlər nəticəsində bəzi tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələrinin vurulma texnikası, orada yer alan məlumatlarla bağlı qeyri-dəqiq faktlar aşkar olunub, habelə bəzi abidələrin mühafizəsinin düzgün qurulmadığı müəyyən edilib.

Hazırda qeyd olunanları nəzərə almaqla məlumat lövhələrində yer alan informasiyaların təhlil edilərək dəqiqləşdirilməsi, əlavə məlumatların daxil edilməsi və yenilənməsi üçün tədbirlər görülür, həmçinin mühafizə işinin gücləndirilməsi istiqamətində addımlar atılır.

Bildiririk ki, abidələrin üzərindən məlumat lövhələrinin çıxardılması binanın abidə statusunun itirilməsi deyil, bu lövhələrdə aşkar edilmiş nöqsanlarla bağlıdır. Bu lövhələr araşdırmalar bitdikdən sonra yeniləri ilə əvəzlənəcəkdir.

Ölkəmizin tarixi simasının qorunmasına, tarixi abidələrin mühafizəsinə töhfə vermək istəyən hər bir şəxsi, mütəxəssisləri, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrini Dövlət Xidməti ilə sıx əməkdaşlıq etməyə dəvət edir və abidələrin qorunması ilə əlaqədar 147 qaynar xətti ilə əlaqə saxlayaraq məlumat verilməsi xahiş olunur.

Vətəndaşlarımızı bir daha tarix-mədəniyyət abidələrimizin qorunmasına, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, abidələrin mühafizəsi işində fəal iştiraka çağırırıq".

# 1973 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər