"Dilində bal, ürəyində xəncərdir" - Yaxşı danışıqla borc ödəmək olar

"Dilində bal, ürəyində xəncərdir" - Yaxşı danışıqla borc ödəmək olar
18 may 2025
# 10:00

Kulis.az Aygün Əzizin təcüməsində "Koreya xalq deyimləri, atalar sözləri, zərb-məsəllər, müdrik fikirlər" yazısının birinci hissəsini təqdim edir.

DİL, NİTQ, YADDAŞ

Unu çox ələ, ancaq söhbəti kəsə elə.

Söhbət şahmat oyunu kimidir: uğurlu başlamaq çox vacibdir.

Hörük saç ayrımından, söhbətsə mübahisələrdən başlayır.

Söhbətin mənası deyilən sözlərdən asılıdır.

Yaxın adamla söhbəti nala-mıxa vurmadan başla.

Yaxın adamlar divar arxasından danışmırlar.

Mahir natiqin nitqi çay kimi axır.

Qonağı söhbətlə doydura bilməzsən.

Yaxşı danışıqla borc ödəmək olar.

Şirin soya verilən yerə get, şirin söhbətlə baş aldadılan yerə yox.

Rəvan nitq dalğa kimidir.

Dodaqlarının demək istədiyi sözü yox, ürəyində düşündüklərini söylə.

Dağılmış düyünü yığa bilərsən, ancaq deyilmiş sözü qaytara bilməzsən.

Dilin ayağı yoxdur, amma min li yol gedə bilər.

Dilin sümüyü yoxdur, ancaq insanları xurd-xəşil edər.

Dilində bal, ürəyində xəncərdir.

Dil balta üstündədir.

Dilini dişlərinin arasında saxlamağı bacar.

Mülayim danışığın sonu əksər hallarda xahişlə bitir.

Yuxu o qədər maraqlı olmur, yuxunu danışmaq maraqlı olur.

Məsləhəti dinləmək həmişə xoş deyil, amma ona əməl etmək həmişə fayda gətirir.

Tutuquşu kimi çərənləmə.

Yuxu(nu) görməmiş, danışma.

Naqqalın söhbətində həqiqət olmaz.

Özü haqqında qeybətə qulaq asmaq xəstəlik, qulaq asmamaq məlhəmdir.

Çoxunun dediyi şeyə inanmamaq çətindir.

Çərənçinin ağzına buruntaq lazımdır.

Qəbirdə belə lüzumsuz sözlər danışma.

Boş söhbətlər uşağın da yuxusunu qaçırdar.

Söz-söhbət çox olan evdə soya turş dadar.

Çərənçidən ağıllı fikir eşitməzsən.

Gəvəzəni özünlə heç balığa gedəndə də aparma.

Boş-boş söhbətlər pis musiqi kimidir.

Ağzıdağınıqlıq dəmiri də əridər.

Yol yoxdursa, getmə, mənasız sözlər danışma.

Çaya üzən vaxtı bələd olursan, insana ağzını açanda.

Hətta anamız belə qəlbimizə tam dərindən bələd deyil.

İtin nədən şikayət etdiyini bilə bilməzsən.

Söz sözü gətirər.

Gündüz quşlar, gecələr siçanlar qulaq asırlar.

Düyü qırığı ilə ağıl artmaz.

Nohur görən ördək kimi çığırır.

Elə cikkildəyir ki, elə bil sərçə yeyib.

Səhər sağsağanı kimi cikkildəyir.

Qeybətcilin söhbəti Sabok çayının sularına bənzəyir.

Özünü tərifləməyi qəbirə saxla.

Axmağın yazdığı qeydlər ağıllının yaddaşından güclü olar.

Nəyisə yadda saxlamaq üçün bulud üstündə yazmazlar.

İt sahibini bir ildən sonra da görsə tanıyacaq.

# 2157 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

14:50 23 avqust 2026
"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

14:00 23 avqust 2026
Ölüm düşərgəsində  şahmat sayəsində sağ qalan yəhudi yazıçı  - Efraim  Kişon kimdir?

Ölüm düşərgəsində şahmat sayəsində sağ qalan yəhudi yazıçı - Efraim Kişon kimdir?

12:30 23 avqust 2026
Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

10:30 23 avqust 2026
Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

18:00 22 avqust 2026
Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

14:30 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər