Xalq artisti: “Azərbaycana bu uğur çox yaraşır”

Xalq artisti: “Azərbaycana bu uğur çox yaraşır”
10 noyabr 2020
# 18:51

Xalqımız çox böyük zəfər qazanıb və bu qələbə münasibətilə böyük sevinc hissi keçirir. Mən bu möhtəşəm Qələbənin qazanılmasında Azərbaycan xalqının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun böyük xidmətini xüsusilə qeyd etmək istərdim.


Bu sözləri Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Qarabağ münaqişəsində erməni işğalçıları üzərində əldə edilən Qələbəni şərh edərkən deyib.


Xalq artisti nitqinə davam edərək deyib: “Etiraf edək ki, son 200 ildən artıq bir dövrdə Azərbaycan xalqı sahib olduğu əraziləri itirə-itirə gedirdi və buna görə hətta bir sıra dairələrdə öz torpaqlarını müdafiə edə bilməyən zəif və gücsüz xalq imici formalaşdırmışdı. Lakin son ay yarımda baş verən hadisələr xalqımızın əsl gücünü, iradəsini və birliyini ortaya qoydu. Müdrik dövlət başçısının rəhbərliyi altında müzəffər ordumuzun çox qısa vaxtda öz gücünü nümayiş etdirərək 30 ilə yaxın erməni qəsbkarlarının tapdağı altında olan tarixi torpaqlarını işğaldan azad etməsi bunun bariz nümunəsidir. Bu, çox qürurverici və iftixar hissi doğurur! Məhz bu möhtəşəm Qələbədən sonra xalqımız başını dik tuta bilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin çox böyük səyləri, uzun illər ərzində apardığı düzgün, məqsədyönlü və ardıcıl siyasəti nəticəsində ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi sahəsində çox böyük işlər görüldü. Hələ 2003-cü ildə İlham Əliyev ölkə Prezidenti seçiləndən sonra söylədiyi “Mən bütün azərbaycanlıların Prezidenti olacağam” sözlərini öz işi, əməli ilə doğrultdu. O, öz fəaliyyəti ilə ölkəmizin bütövlüyünə xidmət edən rəhbər olduğunu sübut etdi. İndi ölkəmiz siyasi, iqtisadi, sosial, həm də hərbi sahədə çox güclü bir dövlətə çevrilib. Bu gün dünyanın hər yerində “mən Azərbaycanlıyam” sözlərini səsləndirmək qəlbimizi fərəh hissi ilə doldurur”.


Siyavuş Kərimi bildirib: “Qarabağ torpaqları uğrunda davam edən 44 günlük müharibə Azərbaycanın hərbi gücünü ona şəkk edənlərə sübut etdi. Azərbaycan əsgəri Vətənə olan çox böyük sevgisi, məhəbbəti ilə və heç nədən qorxmadan ölümün üstünə getmək məharəti ilə əzəli torpaqlarımızı fədakarlıqla azğın düşməndən azad etdi. Ermənilərin neçə illərdən bəri “keçilməz sədd” haqqında formalaşdırdığı yalançı mif elə döyüşlərin ilk günündə iflasa uğradı. Sonrakı uğurlu döyüş əməliyyatları ordumuzun qarşısıalınmaz gücünü bir daha nümayiş etdirdi. Alınmaz qala hesab edilən Şuşa uğrunda Azərbaycan əsgər və zabitinin göstərdiyi şücaət yəqin ki, uzun illər hərb tarixində öyrənilməyə, nümunə götürülməyə layiq örnək kimi araşdırılacaqdır. Bu müharibədə uca dağlar qoynunda yerləşən qədim Şuşa qalasının milli qüvvələrin nəzarəti altına götürülməsi ən peşəkar və təcrübəli hərbçiləri də heyrətləndirən səhifələrdən biri oldu”.
Həmsöhbətimiz müsahibəni bu sözlərlə yekunlaşdırıb: “Müharibə itkisiz olmur. Müqəddəs yolda əbədiyyətə qovuşan şəhidlərimizə Ulu Tanrıdan rəhmət, valideynlərinə, yaxın və doğmalarına səbir diləyirəm. Bizə bu böyük sevinci bəxş edən Müzəffər Ali Baş Komandana, əsgərlərimizə, bu yolda əməyi keçən hər kəsin ünvanına hamımızın çoxlu təşəkkür və minnətdarlığı var. Yaşa, var ol, Azərbaycan! Sənə bu uğur çox yaraşır! Sən buna layiqsən!”

# 2348 dəfə oxunub

Oxşar xəbərlər

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

18:49 30 aprel 2026
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

17:36 30 aprel 2026
Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

17:24 30 aprel 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

17:04 30 aprel 2026
 “Magyar Rhapsody Projekt”  qrupu Bakıda çıxış etdi

“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi

16:38 30 aprel 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

15:45 30 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər