Filosof pandemiyadan danışdı: “Artıq nə düşündüyümü bilmirəm” – Müsahibə

Filosof pandemiyadan danışdı: “Artıq nə düşündüyümü bilmirəm” – Müsahibə
31 mart 2021
# 17:34

Kulis.az filosof Müşfiq Şükürovla pandemiya vaxtı sosial davranış qaydaları haqqında söhbəti təqdim edir.

- Müşfiq müəllim, ilk olaraq pandemiya və Azərbaycan mövzusunda ümumi fikirlərinizi bilmək istərdik. Nə müşahidə edirsiniz?

- Açığı, artıq nə düşündüyümü bilmirəm. Bir ildən çoxdur ki, bu məsələ davam edir. Amma məsələn açıq ölkələr üzrə ölüm faizi nə qədərdir, bilmirik. Bu statistika açıq şəkildə niyə deyilmir? Azərbaycan çox sərt tədbirlər görməsinə rəğmən əhalisi az olan Gürcüstandan çox geri qalırdı. Son aylarda yoluxma və ölüm sayına görə Gürcüstan gəldi Azərbaycanı da ötdü. O zaman özümüzü tənqid edənlərdən səs çıxmadı. Demək, strategiyalar o qədər də işləmir. Bu hesabla, heç bir önləm almayan Belorus və İsveç - onların da əhalisi bizimkinə yaxımndır - qırılıb qurtarmalı idi. Amma İsveçdə 10 min civarındadır ölüm halları. Anladığım dərəcədə dövlətlərin sıxıntısı xəstəxanaların dolması ilə bağlıdır. Adamlarda panika yaranır, media da öz işini görür. Tapşırıqla xəstəxanaya düşmək yarışı başlayır. Yoluxma sayını buna görə azaltmağa çalışırlar, məncə. Azərbaycanda deyiləm deyə yalnız uzaqdan izləməyə çalışıram. İstanbul dünən şənbə gününə yenidən çölə çıxma yasağı qoydu. Bazar günü onsuz da çıxmaq olmaz. Görünür, yeni dalğa başlayıb. Mən ilk gündən İsveç, Belorus yolunun yanında idim. Hələ də o fikirdə qalıram. Panika immuniteti dağıdır. Maskadan bezmişəm. Təmiz hava almağa çalışıram hər imkanda.

- Belə bir fikir var ki, biz bu virusla birlikdə yaşamağa öyrəşməliyik. Sizcə, doğrudurmu bu fikir?

- Hər hansı qrip kimi. Bir az da keçsə, hər kəs bir dəfə xəstələnmiş olacaq. Ya vaksinasiya, ya da xəstələnmək yolu ilə orqanizmlər alışacaq bu xəstəliyə. Amma maska ilə yaşamağa alışmaq istəmirəm. Ümid edirəm, ilin sonuna bitəcək bu məsələ.

- Müşfiq müəllim, mütəxəssislərin belə bir fikri də var ki, azərbaycanlılar analoji hallarda sosial davranış qaydalarına yaxşı əməl etmirlər. Sizcə, pandemiya dövründə davranışa görə ölkələri fərqləndirmək doğrudurmu?

- Təbii, hər millətin temperamenti fərqli olur. Amma milli mazoxizm açmağın əleyhinəyəm. Nə olub bizə? Gürcüləri bizə misal çəkirdilər, indi onlarda vəziyyət daha pisdir. Normal intizamlı xalqıq. Xalqın təhsil səviyyəsi də yetərlidir. Qonşularımızdan geri deyilik. Təbii, intizama əməl etməyənlər də olur, olacaq. Onlar üçün inzibati tədbirlər var.

- Sizcə, qaydalara əməl etsək, çölə çıxma qadağası olmadan kritik vəziyyəti adlada bilərik?

- Düzünü desəm, bilmirəm. Və elə təəssürat yaranır ki, bu sualın cavabını heç mütəxəssislər də bilmir. Maska virusdan qorumur. Virusun mikroskopik ölçülərinə görə... Yalnız insanın üzünə asqırmaq təhlükəsindən qoruya bilər.

Ölkələr ciddi iqtisadi sıxıntıdadırlar. İnsanlar resurslarının dibinə çatdılar. Xidmət sektoru çöküb. Qapadılmanın əleyhinəyəm. İsveç kimi ən zəruri qaydalara əməl edib işləmək lazımdır.

- Məsələ də burdadır. Biz ən zəruri qaydalara İsveç kimi əməl etmək üçün nə etməliyik? Siz demiş, təcrübə göstərir ki, inzibati tədbirlər əsaslı nəticə vermir.

- İsveçlilərin yanaşması belarusluların və ya azərbaycanlıların yanaşmasından çox fərqlənmir, məncə. Bir neçə videoya baxmışdım, küçədə maska taxmayanlar da vardı. Amma məsələn, yaponlar intizama daha yatqın millətdirlər deyə, orda elə karantin tədbirləri ilə güclü effekt yaradıla bildi. Bizim daha bir intizamlı xalq kimi tanıdığımız Almaniyada elə də fərq görmədik. Bütün Avropa kimi xəstələndilər.

Bir il bu sahədə müqayisəli tədqiqatların aparılması üçün yetərli statistika yaradıb. Amma bəlli ki, bizə bu barədə məlumat verməyə risk etmirlər. Hər tezisi həyat sonra yalana çıxardır deyə.

- Bəlkə elə buna görə ölkədə hələ də koronavirusa inanmayanlar var?

- Koronovirusa inanmayanlar Avropada da çoxdur. Məlumat yetərliliyi yoxdur. Səhər-axşam ağıllı analizlər görmək olardı. O da yoxdur. Heç kim əlini daşın altına qoymaq istəmir sanki. Komplo teorilərinə ayaq açılır.

- Şəxsən siz necə düşünürsünüz, koronavirusun həm də bir bioloji silah olduğu ehtimalı haqqında?

- Mən bütün ehtimallara açığam. Elə bir qlobal dünya yaratdıq ki, insan oyuncağa çevrildi. Hər şey ola bilər. Ümid edirəm, aydınlaşacaq. Sadəcə fərqindəyəm ki, çox az şey bilirəm bu pandemiya haqqında.

- Hər ehtimala açıq olmağın pis tərəfləri də var. Demək, necə edəcəyimizi hələ də dəqiq bilmirik.

- Aç-qapat oyunları insanlarda bu hissi gücləndirir. Yalnız adamları evə qapatmaqla yoluxma sayı aşağı salınır. İnsanlara isə yemək də lazımdır. Ömrümdə belə bir şeylə rastlaşmamışdım. Özümə ancaq səbr arzulayıram.

- Qadağalar yumşaldıqca yoluxma artır. Dünənki statistika 2 mini keçib. Bu halda qadağa labüd deyilmi?

- Dediyim kimi, mən İsveç, Belorus modeli tərəfdarıyam. Amma əlimdə tam məlumat yoxdur. Xəstəxanalarda vəziyyət necədir və s. Cavab verə bilmirəm bu sualınıza.

- Müşfiq müəllim, pandemiya dövründə sosial davranışlar mövzusunda sadə insanlara nə tövsiyə edərdiniz?...

- Tövsiyələr bəllidir. Səbirli olmaq, maska taxmaq, əllərini yumaq, sosial məsafə saxlamağa çalışmaq, xəstəlikdən çox qorxmamaq... Mümkün olan kimi özünü günəşin altına vermək, təmiz hava qəbul etmək...

- Aradan qaldırmalı qüsurlarımız hansıdır sizcə?

- Əhalinin həqiqətən az təminatlı təbəqəsinin ehtiyaclarına daha sayğılı olmalıyıq. Dövlət də, insanlar da həssaslığı artırmalıdırlar. Birlikdə aşmalıyıq bu bəlanı da. Biz yaxşı xalqıq.

# 2313 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #