Aqşin Yenisey: “Əkrəm 19-cu əsrin yazıçısıdır” - Cavab

Aqşin Yenisey: “Əkrəm 19-cu əsrin yazıçısıdır” - Cavab
20 iyun 2020
# 17:19

“Əylisi Makondaya çevirə bilməyən Əkrəm Əylisli bizim 60-cı illər ədəbi nəsli haqqında dediyimiz bütün tənqidi sözləri özünə götürüb. Düz edib. Mərd adamdır.”

Bu sözləri şair-yazıçı Aqşin Yenisey öz facebook hesabında Əkrəm Əylislinin onun ünvanına dediyi tənqidi fikirlərə münasibət bildirərək qeyd edib. O. daha sonra əlavə edib:

“Amma 1937-38-ci illərdən tutmuş Əkrəmin özünün də təmsil etdiyi 60-cılara qədər kimin kim olduğunu biz Əkrəm Əylislidən öyrənmişik. Əkrəm özü də 60-cılarla, yəni öz ədəbi nəsli ilə dalaşan adamdır. Bizim tənqidimizdən inciməyinin səbəbinə gəlincə, görünür, o, bu "60-cılar" etiketini üzərindən qoparmaq istəyir. Zalım mağaza müdirləri kimi vaxtı keçmiş ədəbiyyatına yeni etiket yapışdırmağa çalışır. Qəbul edə bilmir ki, o, XIX əsrin yazıçısıdır, XXI əsr cəhənnəm, heç XX əsr nəsr texnikasından xəbəri yoxdur. Reallığın estetik təsvirindənsə, romantik təsvirinə hayıl-mayıldır. Rafiq Tağının bir cümlədə dediyini altı yüz səhifədə deyir. Məni Azərbaycan elitasına (əgər varsa) Əkrəm Əylisli təqdim edib. Amma buna görə məndən ona yaltaqlanmağımı gözləyirsə, əsl Əylislidir. Hocam, vallah, mən də hamı kimi yaltaqlanmaq, özümə gün ağlamaq istəyirəm, amma on iki imam haqqı, bacarmıram, gün boyunca ağlamaq mənə qalır.”

# 4479 dəfə oxunub

Oxşar xəbərlər

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

16:00 9 iyul 2026
“Yazıçı, publisist Şamo Arif - 90”  adlı sərgi açıldı

“Yazıçı, publisist Şamo Arif - 90” adlı sərgi açıldı

16:00 9 iyul 2026
Bonni Tayler vəfat etdi

Bonni Tayler vəfat etdi

15:47 9 iyul 2026
Aclıq aksiyası niyə dünyanın ən təhlükəli etiraz forması sayılır? - Tarixin ən qorxulu müqaviməti

Aclıq aksiyası niyə dünyanın ən təhlükəli etiraz forması sayılır? - Tarixin ən qorxulu müqaviməti

14:40 9 iyul 2026
Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlandı

Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlandı

13:43 9 iyul 2026
Məşhur rok qrupu fəaliyyətini dayandırır?

Məşhur rok qrupu fəaliyyətini dayandırır?

11:46 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər