“Valideynlər elə bilir ki...” – Mütəxəssislər 11 yaşda nişanlanan qızdan danışdılar

“Valideynlər elə bilir ki...” – Mütəxəssislər 11 yaşda nişanlanan qızdan danışdılar
8 fevral 2021
# 14:21

Bu gün sosial şəbəkədə yayılan Gürcüstanda yaşayan bir azərbaycanlı ailədə 11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimindən çəkilən video ciddi narazılığa səbəb olub.

Kulis.az baş verən hadisə ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında qeyd edib ki, baş verən hadisə azyaşlı qıza qarşı törədilən cinayətdir:

“Bu hadisə azyaşlı qıza qarşı törədilmiş cinayətdir. Bunun başqa bir adı yoxdur. Amma valideynləri dindirsəniz onlar öz əməllərinə haqq qazandıracaqlar ki, mən uşağımı qoruyuram. Başa düşmürlər ki, bu cür qoruma üsulu heyvani instinktdən başqa bir şey deyil. Anlamırlar ki, onların övladlarını qorumaq üçün seçdikləri bu yol övladlarını gələcəkdə daha dəhşətli bəlalara aparıb çıxaracaq. Yəqin, məsələ ilə bağlı valideynləri dindirsəniz onlar deyəcək ki, hələ toy olmayacaq, sadəcə olaraq ad eləmişik. Amma istənilən hallarda Gürcüstan qadınlara qarşı zorakılıqla bağlı ciddi mübarizə aparır. Məlum hadisənin videosu da sosial şəbəkələrdə geniş yayıldığına görə, yəqin, dövlət səviyyəsində ciddi tədbirlər görüləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də müdaxilə etməmək şərtilə bu məsələni Gürcüstan hökuməti ilə müzakirə edə bilər. Güman etmirəm ki, bu məsələ elə-belə qalacaq. Birmənalı şəkildə bu bir cinayətdir və hər iki tərəfin valideyni cinayət məsuliyyətinə cəlb olunmalıdır.”

No description available.

Bu cür erkən nikahların gələcəkdə gender xarakterli cinayətlərə yol açdığını bildirən Mehriban Zeynalova 11 yaşlı qızı ərə verməyin pedofiliya hesab olunduğunu deyib:

“11 yaşlı uşağın nişanlanması, lap 13 yaşda ərə verilməsi uşağın zorlanması deməkdir. Bütün hadisələr erkən nikahların baş verməsindən başlanır. Bura daxildir məişət zorakılığı, ailədaxili şiddət, qadın alveri, ana, uşaq ölümləri və s. Uşağı qorumaq üçün ona təhsil vermək, öz çətirini hazırlamağı, özünü qorumağı öyrətmək lazımdır. Məsələnin digər faciəvi tərəfi oğlanın da azyaşlı olmasıdır. Hər iki tərəf azyaşlı uşağın yerinə qərar qəbul edib. 15 yaşında oğlanın məsuliyyəti nə olacaq? Erkən depressiya, erkən məsuliyyət yükü həm oğlan, həm qız üçün faciədir.”

M.Zeynalova həmçinin qeyd edib ki, stereotiplər və namus məsələsi qanundan çox yuxarı qalxıb:

“Bütün konvensiyalarda göstərilir ki, köhnə adət-ənənələrlə ciddi mübarizə aparmaq lazımdır. Bu istiqamətdə xeyli işlər görülsə də kifayət etmir. Çünki stereotiplər daşlaşmış şəkildədir. Əksər hallarda analar, qadınlar özləri bu stereotiplərin daşıyıcılardır. Düşünürəm ki, bu prosesdə birinci qadınların düşüncəsi dəyişilməlidir.”

Hüquqşünas Şamil Paşayev də məsələ ilə bağlı fikir bildirib. O, qeyd edib ki, 12-15 yaşında uşaqların nikaha daxil edilməsi BMT-nin tərəfdaş olduğu ölkələrdə yolverilməz və qəbuledilməzdir:

“BMT-nin 1989-cu ildə qəbul olunmuş nizamnaməsinə görə 18 yaşı tamam olmayan, yetkinlik yaşına çatmayanlar uşaq hesab olunur. 12-15 yaşında uşaqların nikaha daxil edilməsi dünyada qəbul edilmiş beynəlxalq qanunvericilikdə yolverilməzdir. Bizim qanunvericiliklə bərabər burada əsas məsələ Gürcüstanın qanunvericiliyidir. Ancaq orda da yetkinlik yaşına çatmayan şəxslər arasında nikah müqaviləsinin bağlanması qadağandır. Bundan başqa, yetkinlik yaşına çatmayan uşaqların öz iradəsindən kənar kiminsə vasitəsi və ya təsiri ilə nikaha məcbur edilməsi və yaxud da onların arasında bir “deyiklilik” mərasimi, onların gələcəkdə bir-biri ilə evləndiriliməsinə zəmin yaradılması uşaqların hüquqlarının pozulması deməkdir. Uşaqlar böyüməli, təhsil almalı, böyüyəndən sonra öz seçimini etməlidir. Onları uşaqlığından, təhsilindən ayırıb, evləndirməyə təhrik və təşviq etmək birmənalı şəkildə qadağandır. Azərbaycanın da, Gürcüstanın da qoşulduğu konvensiyalarda öz əksini tapıb.”

# 3656 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər