Bu tapıntı tarix dərsliklərini dəyişəcək

Bu tapıntı tarix dərsliklərini dəyişəcək
28 iyul 2025
# 17:30

Çanaqqalanın Ayvacık mahalına bağlı Behramkale kəndi ərazisində yerləşən Assos antik şəhərində aparılan qazıntılar zamanı 3500 illik stoa aşkar edilib.

Kulis.az xəbər verir ki, qazıntı işlərinə rəhbərlik edən professor Nurettin Arslan bildirib ki, tapılan stoa Ellinizm dövründə Perqamon krallarının öz memarlıq üslublarını əks etdirmək üçün inşa etdirdikləri memarlıq anlayışını nümayiş etdirir:

“Bu stoanın xüsusiyyətləri Perqamon krallarının özlərinə xas memarlıq üslubunu göstərmək istədikləri bir dövrə aiddir”.

Qədim dövrlərdə "Troas" adlanan bölgənin cənub sahilində Midilli adasının qarşısındakı vulkanik təpənin zirvəsi və yamacında yerləşən Assos antik şəhəri əsrlər boyu bir çox sivilizasiyaya ev sahibliyi edib. Tarixi xarabalıqları və təbii gözəlliyi ilə Assos hər il çoxsaylı turistin maraq dairəsində olur.

Professor Arslan əlavə edib ki, 2025-ci ilin ən əhəmiyyətli arxeoloji tapıntılarından biri də çoxbucaqlı daşlarla bəzədilmiş, üçrəngli nəbati və həndəsi motivlərə malik 2200 illik mozaikadır.

Qeyd edək ki, qədim yunan memarlığında "stoa" adlandırılan tikililər — sütunlu, örtülü qalereyalar — adətən, küçə və ya aqora kimi ictimai sahələrin kənarında yerləşdirilirdi. Assosda üzə çıxarılan bu stoanın uzunluğu 110 metrə çatır.

# 1349 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər