Azərbaycanlı rejissorun filmi “TÜRKSOY xüsusi mükafatı”na layiq görüldü

Azərbaycanlı rejissorun filmi  “TÜRKSOY xüsusi mükafatı”na  layiq görüldü
9 avqust 2025
# 10:10

Qazaxıstanda “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” proqramı çərçivəsində URKER Beynəlxalq Animasiya Film Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, festivalın əsas müsabiqə proqramında tanınmış azərbaycanlı rejissoru Məsud Pənahinin “Narqız” animasiya filmi nümayiş olunub və münsiflər heyətinin qərarına əsasən “TÜRKSOY xüsusi mükafatı”na layiq görülüb.

Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Raev “Narqız” filminin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevə təqdim edib. Mükafat Türk dünyasının mədəni irsinə və bədii ifadəsinə göstərilən görkəmli töhfəyə görə təqdim olunub.

Özbəkistanın tanınmış rejissoru Mavzur Mahmudovun rəhbərlik etdiyi festivalın münsiflər heyətində Azərbaycan Animasiya Assosiasiyasının üzvü, Türk Animasiya Assosiasiyanın (ATA) sədri, “Plastilin” (Finlandiya) və “Alove” (Azərbaycan) studiyaların direktoru, prodüser Oqtay Yusibov, Türkiyənin “Rafadan Tayfa” serialının rejissoru və prodüseri İsmail Fidan, Qazaxıstan sosial antropoloqu Evfrat B.İmambek və Qırğızıstan rejissoru Kanybek Omurbekov yer alıblar.

Festivalın müsabiqədənkənar proqramında həmçinin rejissor Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmi tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, avqustun 5-dən 8-dək davam edən festivalın əsas məqsədi görkəmli qazax alim-mifoloq Serikbol Kondıbayın (1968–2004) zəngin irsini tanıtmaq və Türk dünyası ölkələrinin animasiya sənətini bir araya gətirmək olub.

# 791 dəfə oxunub

Oxşar xəbərlər

Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

17:53 8 dekabr 2025
"Yazıları möhtəşəm bir eqoizm abidəsidir..." - Kantı rədd edən, Homeri oxuya bilməyən filosof kim idi?

"Yazıları möhtəşəm bir eqoizm abidəsidir..." - Kantı rədd edən, Homeri oxuya bilməyən filosof kim idi?

17:00 8 dekabr 2025
Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib

Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib

16:39 8 dekabr 2025
"Bu qədər tək qalmaq üçün nə etmişəm?" - Sevgilisinin dəlixanaya saldırdığı heykəltəraş

"Bu qədər tək qalmaq üçün nə etmişəm?" - Sevgilisinin dəlixanaya saldırdığı heykəltəraş

15:59 8 dekabr 2025
"Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var

"Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var

15:05 8 dekabr 2025
Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı”  seçilib

Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib

14:24 8 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər