Azərbaycanlı rejissorun filmi Kann festivalında nümayiş olunacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında nümayiş olunacaq
9 mart 2023
# 10:30

"Xatirə və Xəta” bədii filmi Kann festivalında ölkəmizi təmsil edəcək. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətindən, son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir. Həmçinin film yol hərəkəti qaydalarına riayət olunması barədə geniş kütləni maarifləndirmək məqsədi daşıyır".

Kulis.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov deyib:

“Kann” festivalının direktoru Kristian “Xəta və Xatirə” filminin sinopsisini oxuduqdan sonra filmi festivalda mübarizəyə qoşulması üçün lazım olan ödəniş rüsumundan azad edib və buna görə ona təşəkkürümü bildirirəm. Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Müxtəlif festivallara qatılmışıq və beynəlxalq tədbirlərdə 190-dan çox mükafat qazanmışıq”.

Onun sözlərinə görə, film kommersiya məqsədi daşımır. “Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Dünya film studiyalarının distribütorları tərəfindən çəkdiyimiz filmlər 17 platformaya yerləşdirilib. Ekran işimiz “Hollywood film” bazarında özünə layiqli yer tutub. Dünya mediasında geniş işıqlandırılıb. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəsinin təbliği işinə töhfə verməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, rejissoru Amil İskəndərov, montajçısı Elnur Tarverdiyevdir.

# 2003 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər