Mədəniyyət Nazirliyində Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hankonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Kulis.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Görüşün sonunda "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı" imzalanıb.
Sənədi mədəniyyət naziri Adil Kərimli və Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hanko imzalayıblar.
Qeyd olunur ki, beşillik proqramda mədəni irsin rəqəmsallaşdırılması, mədəni və yaradıcı sənayelər, həmçinin ədəbiyyat, təsviri və tətbiqi sənət, musiqi, teatr, kinematoqrafiya, kitab sənayesi, muzey işi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.