Azərbaycan əsilli reperin Rusiyada çıxışına qadağa qoyulub

Azərbaycan əsilli reperin Rusiyada çıxışına qadağa qoyulub
8 oktyabr 2024
# 12:41

Azərbaycan əsilli məşhur qazax reper Jah Xalibin (Bəxtiyar Məmmədov) Rusiyada çıxışı qadağan edilən sənətçilərin qeyri-rəsmi siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiyanın “Verstka” nəşri məlumat yayıb. Bildirilib ki, bu addım Rusiya və Ukrayna arasındakı müharibə fonunda atılıb.

Nəşrə görə, 79 məşhurun adının daxil olduğu siyahı reklam və tədbir agentliklərinə göndərilib. Qadağan edilmiş sənətçilərin siyahısının məsləhət xarakterli olduğu vurğulanıb.

Bu qara siyahıya düşən sənətçilər arasında 31 yaşlı Jah Xalib də yer alıb. Siyahısda Skriptonit, Anna Sedokova, İvan Urqant, İnstasamka, Qaf və digərlərinin adı var.

Maraqlı məqamlardan biri də "qara siyahı"ya dünya ulduzlarının adının da daxil edilməsidir: Beyonse, Lana Del Rey, Hozier, həmçinin, "Metallica", "Florence and the Machine" qrupları.

Kremlin rəsmi sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında “Bizim siyahı haqqında heç nə bilmirik. Ortalıqda çoxlu saxta siyahılar var” deyə, bildirib. Onun sözlərinə görə, Rusiya və Ukrayna arasındakı vəziyyətlə bağlı tədbirin təşkilatçıları bu cür addımlar ata bilərlər, lakin Kremlin bununla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Xalibin həyat yoldaşı İslamı qəbul etmiş ukraynalıdır.

# 2113 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər