Azərbaycan 15-ci Beynəlxalq Fes Festivalında təmsil olunacaq

Azərbaycan 15-ci Beynəlxalq Fes Festivalında təmsil olunacaq
5 oktyabr 2022
# 14:30

Parisdə “Mərakeş evi”ndə (Maison du Maroc) Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin də tərəfdaşı olduğu 15-ci Beynəlxalq Fes Festivalının mətbuat konfransı keçirilib.

Kulis.az xəbər verir ki, oktyabrın 22-dən 29-dək keçirilməsi nəzərdə tutulan 15-ci Beynəlxalq Fes Festivalı “Sufi mədəniyyəti”nə həsr olunacaq. Festivalın prezidenti Fauzi Skali sufi mədəniyyəti haqqında məlumat verərək bildirib ki, sufizm rasional seçimlərimizdən daha çox insanı canlandıran və hidayət edən daxili həyatın reallığına əsaslanır.

Karol Latifa Amir Festivalın ilkin proqramını təqdim edərək, iştirakçı ölkələr haqqında məlumat verib. Bildirib ki, Azərbaycan artıq bir neçə ildir, Fes Festivalına qatılır və bu il Beynəlxalq Muğam Mərkəzi Azərbaycanı festivalda təmsil edəcək. O, Azərbaycanda sufilik tarixindən də söz açıb. Həmçinin, 2008-ci ildən UNESCO-nun Mədəniyyət İrsinə daxil edilmiş, türk tarixinin, ənənəsinin, inancının bir parçası olan “Səma rəqsi”nin insanların mənəvi səyahəti olması haqqında da məlumat verilib.

# 2109 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər