“Azadlığın zirvə günü” adlı tədbir keçirildi

“Azadlığın zirvə günü”  adlı tədbir keçirildi
16 yanvar 2024
# 14:30

15 yanvar tarixində Azərbaycan və Türkiyə şəhid ailələri nümayəndələrinin iştirakı ilə 20 Yanvar hadisəsinə həsr olunmuş “Azadlığın zirvə günü” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və 229 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyədən gəlmiş şəhid ailələrinin təmsilçiləri, millət vəkilləri, Nizami rayonundan şəhid anaları, Türk Ağsaqqallar Birliyi – TAİB-in idarə heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Öncə qonaqlar məktəbin həyətində şəhidlərin xatirəsinə həsr olunun abidə kompleksi önünə gül dəstələri qoyub. Ardınca məktəbdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri, rəsm və kitablardan ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan və Türkiyənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Vüsalə Məmmədova bu kimi tədbirlərin gənclərin milli ruhda tərbiyə olunmasına, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət etdiyini bildirib.

Daha sonra F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında 20 Yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu, bu tarixin bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, müstəqillik və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edildiyini və şəhidlərin daim qəlbimizdə yaşayacağını vurğuladı. Ş.Qəmbərova çıxışının sonunda bütün iştirakçı heyətə təşəkkürünü bildirib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva 34 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışıb, 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq səhifəsi, mili birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirib.

Tədbirdə çıxış edən millət vəkili Könül Nurullayeva, Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, Türk Ağsaqqallar Birliyinin sədr müavini Eyvaz Hümbətov 20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayıblar. Çıxış edənlər Azərbaycan və Türkiyədə şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduqlarını, şəhid əmanətlərinin hər zaman dəyərli olduğunu ifadə ediblər.

Tədbirdə şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova və Türkiyədən olan şəhid ailələri nümayəndə heyətinin rəhbəri, qazi Metin Şenol çıxış edərək şəhidlərin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Çıxışçılar Azərbaycan və Türkiyə torpaqlarının bütövlüyü uğrunda canını qurban verən qəhrəmanların heç zaman unudulmayacağını, xatirələrinin daim qəlblərdə yaşayacağını qeyd ediblər.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, pontamim tamaşa ilə davam edib.

Tədbirdə həmçinin məktəbdən kənar təhsil müəssisələrinin 3saylı UGİM-nin və H.Sarabski adına musiqi məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri təqdim edilib

Əsas məqsəd böyüməkdə olan gənc nəslə tariximizi yada salmaqla onlarda vətənə sevgi və məhəbbət hissini aşılamaqdır. Tədbirin sonunda təşkilatçılar tərəfindən Azərbaycan və Türkiyə əsgərlərini özündə əks etdirən xalça Türkiyədən gələn qonaqlara təqdim edilib.

# 2486 dəfə oxunub

Oxşar xəbərlər

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər