Ayşe Barım yenidən həbs edildi

Ayşe Barım yenidən həbs edildi
3 oktyabr 2025
# 10:00

Məşhur türk menecer, “İD Consultancy” şirkətinin sahibi Ayşe Barım haqqında qərar dəyişib.

Kulis.az xəbər verir ki, bir neçə gün əvvəl sərbəst buraxılan və ötən gün huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilən menecer barəsində yenidən həbs qərarı çıxarılıb.

Belə ki, İstanbul 26-cı Ağır Cəza Məhkəməsində Barımın azadlığa buraxılması ilə bağlı prokurorun etirazına baxılıb. Məhkəmə etirazı rədd edərək işi yuxarı məhkəməyə, İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərib. Məhkəmə etirazı qəbul edərək Ayşe Barımın yenidən həbs olunmasına qərar verib.

Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhurun adını təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım yanvarın 27-dən etibarən həbsdə idi.

O, 248 gün həbsdə qaldıqdan sonra dünən məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

# 969 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər