ARKA-nın film müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadıldı

ARKA-nın film müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadıldı
15 sentyabr 2023
# 11:00

Məlum olduğu kimi, dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən cari ilin 18 iyul tarixində film layihələri müsabiqəsi elan olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi ilə istehsal olunacaq filmlər, kommersiya filmləri, müəllif (sənət) filmləri, debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqədə layihələrin qəbulunun 15 sentyabr 2023-cü il tarixinədək aparılması nəzərdə tutulub.

Lakin ölkədə bu miqyasda müsabiqənin ilk dəfə keçirildiyini, iştirakçılar tərəfindən keyfiyyətli film layihələrinin hazırlanması üçün müəyyən zaman tələb olunduğunu, kino fəaliyyəti ilə məşğul olan daha çox hüquqi və fiziki şəxslərin proseslərə cəlb olunmasının milli kino sənayesinin inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq, müsabiqənin birinci mərhələsininin (layihələrin qəbulu) 1 oktyabr 2023-cü il tarixinədək uzadılması qərara alınıb.

Müsabiqənin şərtləri və layihələrin təqdim olunması ilə bağlı tələblər barədə daha ətraflı ARKA-nın rəsmi saytında məlumat əldə etmək olar.

# 2472 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər