Anarın Türkiyədə yeni kitabı nəşr olundu

Anarın Türkiyədə yeni kitabı nəşr olundu
20 fevral 2025
# 15:24

Xalq yazıçısı Anarın Türkiyədə yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, “KeTeBe” nəşriyyatında çap olunan kitabın tərcüməçisi İmdat Avşardır.

Kitaba yazıçının "Macal", "Dantenin yubileyi", "Otel otağı" povestləri, "Balaca Fuadın son xahişi", "Kəbirlinskinin son etirafı", "Mühəqqəq görüşürüz-mütləq görüşərik" hekayələri daxil edilib.

Kitabın sonunda belə bir yazı verilib:

"Bu kitab kəlmələrlə dünyanı yenidən inşa edən dil memarı Anarın əsərlərini bir yerə toplayır. Müəllif böyük qayğıları, kiçik sevincləriylə yaşayan insanı və həyatı anlatmaq üçün çıxdığı yolda adi insanların qeyri-adi sərgüzəştlərindən bəhs edir və insanlığın ortaq problemlərini həssaslıqla qələmə alır. Anar insanların yalnızlığını, varlığın mənasını araşdırır. Dağınıq dünyaları olan obrazları zaman, həqiqət və vicdan işığında qələmə alan yazıçı oxucuya həyatın mürəkkəbliyini göstərir.

Azərbaycan cəmiyyətinin 20-ci əsrdə yaşadığı böyük dəyişikliklərə ayna tutan, Sovet, xüsusiylə də Stalin dövrünün çətinliklərinə, aşkarlıq və yenidənqurma siyasətinə, Azərbaycan-Türkiyə münasibətlərinə həssaslıqla yanaşan Anar mühitin pərdəarxasını göstərərkən ara-sıra meydana çıxan əxlaqi aşınmanın, qeyb olan mənəvi dəyərlərin, insan ruhunun dolaşıq və qaranlıq tərəflərinin də mənzərəsini canlandırır".

# 2359 dəfə oxunub

Oxşar xəbərlər

“Oskara”a namizəd aktyorun yeni layihəsi açıqlandı

“Oskara”a namizəd aktyorun yeni layihəsi açıqlandı

13:00 12 avqust 2026
Dünyanı fəth edən "Agent 007"nin müəllifi - Ceyms Bond obrazı necə yarandı?

Dünyanı fəth edən "Agent 007"nin müəllifi - Ceyms Bond obrazı necə yarandı?

12:00 12 avqust 2026
Nazim Şahinin "13-cü Dua"  adlı fərdi sərgisi açılacaq

Nazim Şahinin "13-cü Dua" adlı fərdi sərgisi açılacaq

11:30 12 avqust 2026
III Beynəlxalq Opera Festivalı keçiriləcək

III Beynəlxalq Opera Festivalı keçiriləcək

11:05 12 avqust 2026
Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı

Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı

18:00 11 avqust 2026
“Ritm” rəqs qrupu  Fransada beynəlxalq folklor festivalında

“Ritm” rəqs qrupu Fransada beynəlxalq folklor festivalında

17:30 11 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər