Anar: "Makronlar gəlib gedirlər, Paris əbədidir..."

Anar:  "Makronlar gəlib gedirlər, Paris əbədidir..."
22 yanvar 2024
# 09:00

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin qonağı olub.

Kulis.az Modern.az-a istinadən xəbər verir ki, Bakıdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə əvvəlcə məktəblə tanış olan qonaq təhsil ocağının kitabxanasına baş çəkib, kitabxana fondundakı bədii ədəbiyyat nümunələri ilə maraqlanıb.

Anar xatirələrlə dolu məktəb illərinin ömür səhifəsindəki yerindən, müəllim adının, peşəsinin müqəddəsliyindən, insan şəxsiyyətinin formalaşmasında məktəbin, müəllimin rolundan söz açıb. O, məktəblilərə məsləhətlərini verib, onları düşündürən sualları cavablandırıb.

“Siz dünyanın dörd yanını gəzmisiniz. Olduğunuz ölkələrdən ən çox xoşunuza gələn hansıdır?” - deyə şagirdlərdən birinin sualına: “Doğrudan da dünyanın çox ölkəsində olmuşam”, - deyə yazıçı həvəslə cavab verib.

“Makronun siyasətinə nifrət etməyimə baxmayaraq, Fransanı çox sevirəm. Çünki makronlar gəlib gedirlər, amma Fransa dünyanın ən gözəl ölkələrindən biridir. Paris əbədi bir şəhərdir. Böyük ölkələrin, demək olar ki, hamısında olmuşam. Təkcə Yaponiyada olmamışdım. Fikirləşirdim ki, 85 yaşım var, indi də getməsəm nə vaxt gedəcəyəm? Keçən il qızımla Yaponiyaya da səfər etdik. Çox maraqlı ölkədir. Həmçinin Hindistan maraqlıdır, İtaliya səma altında muzeydir, ABŞ-də dəfələrlə olmuşam. Ömür vəfa etsə, “Gündoğar diyardan günbatan bulvaradək” adlı kitab yazacağam”, - Xalq yazıçısı Anar əlavə edib.

# 1934 dəfə oxunub

Oxşar xəbərlər

Dünyaşöhrətli DJ Parisdəki evində ölü tapıldı

Dünyaşöhrətli DJ Parisdəki evində ölü tapıldı

17:30 29 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:45 29 iyul 2026
"Babam öləndə elə bil evimizdən bir dövr köçdü" - Bəhruz Tağızadə

"Babam öləndə elə bil evimizdən bir dövr köçdü" - Bəhruz Tağızadə

16:30 29 iyul 2026
Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək

Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək

15:30 29 iyul 2026
Xankəndi Dram Teatrının binasında bərpa-konservasiya işləri aparılır

Xankəndi Dram Teatrının binasında bərpa-konservasiya işləri aparılır

15:25 29 iyul 2026
Ariana Qrandeyə kiberhücum - Yayımlanmamış 45 mahnısı satıldı

Ariana Qrandeyə kiberhücum - Yayımlanmamış 45 mahnısı satıldı

14:40 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər