Akademik: "Nizami Gəncəvinin Azərbaycana aid olması İranı qıcıqlandırır"

Akademik:  "Nizami Gəncəvinin Azərbaycana aid olması İranı qıcıqlandırır"
17 fevral 2023
# 18:20

"Nizami Gəncəvinin Azərbaycan şairi olub-olmaması, ümumiyyətlə, müzakirə mövzusu olmamalıdır".

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında filologiya üzrə elmlər doktoru Nizamişünas alim, AMEA-nın həqiqi üzvü Teymur Kərimli deyib.

Teymur Kərimli Nizami Gəncəvinin bütünlüklə Azərbaycana aid olmasının İranı qıcıqlandırdığını qeyd edib: “Belə bir deyim var, sən əgər bir şey qəbul etməmisənsə, vəssalam, etməyəcəksən. İran görür ki, Nizami Gəncəvi Gəncədə doğulub, türk mühitində böyüyüb, türk mühitində əsərlər yaradıb, əsərlərində türkə məhəbbət var, bu kimi hallar onları qıcıqlandırır. Azərbaycanda Nizaminin təbliğatı yüksək səviyyədədir, Nizaminin məzarı üstündə möhtəşəm abidə ucaltmışıq. Sual olunur: Nizami üçün İran nə edib? Heç nə”.

Alim Nizami Gəncəvinin türkcə əsər yazmamasını dövrün tələbləri ilə əlaqələndirib: “Əsərlərin dilinə gəlincə isə, o vaxt türkcə yazılmırdı. Farsların özü də ərəblər təzə gələndə ərəbcə yazırdılar, amma onları fars şairi kimi qiymətləndirirlər. Bəs onları elə qəbul edirlərsə, Nizaminin Azərbaycan şairi olduğunu niyə danırlar? Onların ən böyük alimi Səid Nəfisi deyir ki, Xaqanidən, Nizamidən türk iyi gəlir. Türk iyi gəlirsə, nə yapışmısınız Nizamidən?”

“Nizaminin heç bir əsərində İran fəlsəfəsi, İran düşüncəsi deyə bir şey yoxdur” – deyən Teymur Kərimli bütün bu arqumentləri uğursuz adlandırıb: “Bütün bunlar uğursuz və mənasız arqumentlərdir. Bu mövzu qəti şəkildə müzakirə obyekti ola bilməz. Məsələn, İngiltərədə 300 il ingilis şair-yazıçılar fransız dilində yazıb. O deməkdir ki, onlar fransızdır? Bu necə düşüncədir? Bilirsiniz, şovinizm onların qanındadır, neyləsək də, inandırmaq mümkün deyil.

Quranda kafirlər haqqında belə bir ifadə var: onların gözü var, amma heç nə görmürlər, onların qulağı var, heç nə eşitmirlər, onların ürəyi var, amma heç nə duymurlar. İranın etdiyi də eyni şeydir”.

Nizamişünas alim dünya ədəbiyyatında sözügedən mövzuda haqsız tərəflərə də toxunub.

“Dünya ədəbiyyatı, təəssüf ki, müəllifin dilinə baxır. Biz də dövlətimizin yaratdığı şəraitlə, açdığı yolla Nizaminin mümkün qədər təbliğini aparırıq. Heydər Əliyev Fondu bu istiqamətdə mütərəqqi işlər görüb və görür”, – Teymur Kərimli əlavə edib.

Qeyd edək ki, iranlı ədəbiyyat professoru Məhəmməd Həkim Azər Azərbaycanın son illərdə Nizami Gəncəvini müsadirə etmək və onu türk şairi kimi tanıtmaq üçün çox səy göstərdiyini iddia edib.

Akademik: Nizami Gəncəvinin Azərbaycana aid olması İranı qıcıqlandırır

# 3054 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Aleksandr Şarovski vəfat etdi

Xalq artisti Aleksandr Şarovski vəfat etdi

09:49 9 sentyabr 2026
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

18:05 8 sentyabr 2026
Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

17:40 8 sentyabr 2026
Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

17:10 8 sentyabr 2026
Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

16:00 8 sentyabr 2026
Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

15:15 8 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər