Yeni mahnı müsabiqəsi elan olundu - Video

Yeni mahnı müsabiqəsi elan olundu - Video
26 avqust 2020
# 15:58

“Mədəniyyət” kanalı Müdafiə Nazirliyi ilə birgə vətənpərvərlik mövzusunda “Mən də əsgərəm” mahnı müsabiqəsi elan edib.

Mədəniyyət Nazirliyindən Kulis.az-a verilən məlumata görə, 27 avqust - 15 sentyabr tarixlərində keçiriləcək müsabiqəyə vətənpərvərlik, hərbi-vətənpərvərlik və qəhrəmanlarımızın həyatından bəhs edən əsərlər, həmçinin marşlar təqdim edilə bilər. Göndərilən əsərlər mövzu ilə əlaqədar olaraq milliliyin və müasirliyin vəhdətini özündə ehtiva etməlidir. Münsiflər seçim mərhələsində müəllifin səsli sənədlərinə və təqdim olunan əsərlərin elektron variantına əsaslanacaqlar. Müsabiqə “Mədəniyyət” kanalının inzibati binasında (Bakı, Mehdi Hüseyn küçəsi, 1) keçiriləcək.

Müraciət üçün son tarix 15 sentyabr 2020-ci ildir. Müsabiqə ilə bağlı ətraflı məlumatı (012)4921458 əlaqə telefonu və (050)4921458 mobil telefon nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etməklə öyrənmək mümkündür.

Qalib olan əsərlər Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında səslənəcək və Azərbaycan Televiziyası Mədəniyyət kanalında təbliğ olunacaq.

Müsabiqədə iştirak və qeydiyyatdan keçmə qaydaları aşağıdakı kimidir:

- İştirakçılar [email protected] elektron ünvanına öz əsərlərinin yüksək keyfiyyətli audio və video versiyasını, şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər;

- Müsabiqəyə təqdim olunmuş əsərlər daha öncə heç bir kütləvi informasiya vasitəsində və tədbirdə səslənmiş olmamalıdır.

- Müsabiqədə yalnız musiqi təhsili olan şəxslər iştirak edə bilərlər.

- Müsabiqədə qalib olan şəxslər əsərini təqdim edərkən klavir, eyni zamanda hərbi orkestr və ya kiçik estrada heyəti üçün yazılmış partitura və partiyaları təqdim etməlidir.

Münsiflər heyəti yerlərdən hər hansını heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir. Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır.

# 2815 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər