Xalq artistinin AzTV-dəki İblis yanlışı

Xalq artistinin AzTV-dəki İblis yanlışı
4 fevral 2020
# 10:20

Kulis.az tanınmış jurnalist Lalə Əliyevanın Az TV-də yayımlanan “Məlahətli axşamlar” verilişi haqda yazdığı fikirlərin əhəmiyyətini nəzərə alaraq yayımlayır.

Mərdəkan Mədəniyyət evində, gözəl rəqqas, xoreoqraf Xanlar Bəşirovun 7-11 yaşlı oğlanlarla qurduğu rəqsləri görəndən sonra xahiş eləmişdim ki, televiziyada, layihə rəhbəri olduğum populyar proqramda çıxış etsinlər, qoy tamaşaçılar əsil kişi rəqsi necə olur, görsünlər... Xanlar müəllim sözümü ağzımda qoymuşdu: “Olmaz! Xanım, mən sənətkar yetişdirirəm, səhnədən qeyri heç yerdə bizi oynada bilməzsiz!”

Susmuşdum onda, ustaddan üzr istəmişdim.

Bu olub neçə il əvvəl.

Dünən axşam təsadüfən AzTV-də "Məlahətli axşamlar" verilişinə baxdım, söhbət Hüseyn Cavid yaradıcılığından gedir. Pərdəli, süfrəli, gül-çiçəkli, ləbləbili ev interyerində Azərbaycanın xalq artisti, vaxtilə Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasında Arif obrazını canlandırmış Ramiz Məlikov və Məlahət Abbasovanın Türkiyədə quruluş verdiyi "İblis" tamaşasında İblisi oynamış türk sənətçisi üzbəüz əyləşiblər. Birdən rejissor, aktrisa, aparıcı Məlahət xanım qayıdasan ki, madam Ariflə İblis burdadırlar, gəlsənə tamaşadan bir səhnə göstərəsiz? Düzü, aktyorların əvəzinə narahat oldum, amma yenə fikirləşdim ki, elə oturduqları yerdə, göz-gözə baxıb kiçik dialoq söyləyərlər, bəlkə də maraqlı nəsə alınar... olmadı!

Aktyorlar süfrədən qalxıb kamera qarşısında dayandılar, Ramiz Məlikov 80-cı illərdə oynadığı tamaşanın pozasını aldı - əlini alnına qoyub dərin fəlsəfi monoloqunu söylədi. Türkiyəli "İblis" əlindəki kağızdan mətni oxuyaraq sanki ona replikalar verirdi. Bu mənzərəni məşq də saymaq olardı... İblisə (tərəf-müqabilə) məhəl qoymadan, yalnız kameraya oynayan Ramiz Məlikovun (Arifin) gözləri yaşarmasaydı... Nə bilim, bəlkə də məşq deyil, master-klass göstərdiklərini zənn elədilər, amma mən Xanlar Bəşirovun neçə il əvvəl verdiyi kəskin cavabı xatırladım. O vaxtdan ciddi mövzularda improvizə sevmirəm.

# 5469 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər