Üzeyir bəyin Şuşadakı evini bu hala saldılar - Video

Üzeyir bəyin Şuşadakı evini bu hala saldılar - Video
11 yanvar 2021
# 15:10

“O çəkilişləri aparanda hər addımda Şuşanın azadlığı uğrunda gedən döyüşləri hiss edirdim”

Bu sözləri bu günlərdə Şuşaya səfər edən ASAN radionun aprıcısı Ruslan Zeynal Kulis.az-a verdiyi açıqlamasında deyib. O, dahi Azərbaycan bəstəkarı Üzeyir bəyin Şuşadakı ev muzeyinin xarabalıqlarını ziyarət edərkən keçirtdiyi hisslərdən danışıb:

“Mən Sonuncu dəfə 1991- ci ildə noyabr ayında Şuşada olmuşam. Həmin günü çox yaxşı xatırlayıram. O zaman mənim 6 yaşım var idi. Mən özüm 1985- ci ildə Şuşadan anadan olmuşam, 6 yaşıma kimi Şuşada yaşamışam. Ona görə də Şuşaya gedəndə hələ şokda idim. Bunun baş verdiyinə inana bilmirdim. Bir çox yerləri gəzdim. Yuxarı Gövhər Ağa məscidində, Bülbülün, Natəvan xanımın, Üzeyir bəyin evini ziyarət etdim. Düzdü ermənilər o evləri digəri tarixi mədəni abidələrimizi etdiyi kimi məhv ediblər. Mən xüsusilə Üzeyir bəyin evini ziyarət edəndə çox təsirləndim. O evdən demək olar ki, əsər -əlamət qalmayıb. Mənim o evlə bağlı bəzi xatirələrim qalıb. Xatırlayıram ki, o həyətdə çox gözəl qızıgüllər var idi. Çox qəribədir ki, həmin qızıılgül kolları hələə də həyətdə qalıb. Bu çox maraqlı və qeyri-adi gəldi mənə. Üzeyir bəyin evi Natəvanın evinə yaxın ərazidə yerləşir. “Üzeyir ömrü” fimində də bu evlə bağlı epizod var. Amma bu gün təəssüflər olsun ki, Üzeyir bəyin evindən geriyə təkcə taxta darvaza qalıb.”

Ruslan Zeynal ASAN radionun xətti ilə həyata keçirtdiyi bu səfərlə bağlı təəssüratlarını da bölüşərk qedy edib:

“Mənim içimdə təlatüm var idi. Bu təlatüm ondan ibarət idi ki, sanki hər addımda bir şəhid ruhunu hiss edirdim. O çəkilişləri aparanda hər addımda Şuşanın azadlığı uğrunda gedən döyüşləri hiss edirdim. Çox ağır hisslər idi bir jurnalist kimi orda çəkiliş aparmaq, danışmaq. Mən Şuşada doğulduğum üçün baba evimi tapmaq mənə maraqlı idi. Çox çətinliklə də olsa axtarıb tapdım. Mənim uşaqlığım Şuşada keçib. 4 yaşıma qədər Şuşada nənəm böyüdüb məni. Ona görə də Şuşa ilə bağlı hər şey ən incə detalına qədər yadımda qalıb. Təbii ki, baba evimi tapanda hisslərimə hakim ola bilmədim. Göz yaşlarım ixtiyarsız gözümdən axdı. Həyətimizi, evimzi dağılmış vəziyyətdə görəndə ürəyim parçalandı. Evimizin pəncərəsi yadıma düşdü. Uşaq vaxtı o pəncərədən küçəyə baxardım. Amma qürur mənbəyimiz odur ki, Şuşa artıq azaddır.

Yeri gəlmişkən ASAN radionun beynəlxlaq bir layihəsi var. Hər həftənin cümə günləri TRT fm radiosu ilə canlı bağlantı edirik. Orda Acar Acar adlı türk aparıcı ilə mən ortaq yayıma çıxırıq. Bizim Şuşa səfərimiz də həmin günə təsadüf etdi. Biz canlı olaraq TRT radiosuna bağlandıq və 20-25 dəqiqə canlı yayıma çıxdıq. Bu bir ilk idi. İlk dəfə idi ki, Şuşadan hansısa radio canlı yayımla başqa ölkənin radiosu ilə ortaq yayım edirdi. Bütün dünya bu yayımı dinlədi. Yayımın sonunda da biz Üzeyir bəyin “Çırpınırdı Qara dəniz” əsərini səsləndirdik.”

# 3190 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

16:55 19 sentyabr 2026
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

16:45 19 sentyabr 2026
Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

15:00 19 sentyabr 2026
Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

14:30 19 sentyabr 2026
"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

14:10 19 sentyabr 2026
"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

14:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər