Uşaqlar üçün tamaşa

Uşaqlar üçün tamaşa
3 iyun 2020
# 14:39

İyunun 7-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkəsindəki səhifəsində “Oyaq gözəl” tamaşası nümayiş etdiriləcək.

Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da nümayiş olunacaq.

Tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.

Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.

Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.

Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır. /azertag.az/

# 2778 dəfə oxunub

Oxşar xəbərlər

"Pantürkist ola bilməzdi, çünki Leninə şeir həsr edirdi" -  Müşfiq niyə güllələndi?

"Pantürkist ola bilməzdi, çünki Leninə şeir həsr edirdi" - Müşfiq niyə güllələndi?

17:52 6 yanvar 2026
Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi

Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi

17:23 6 yanvar 2026
İki həyat yoldaşı güllələnən, ömrünün axırınacan qorxu ilə yaşayan Xalq artisti

İki həyat yoldaşı güllələnən, ömrünün axırınacan qorxu ilə yaşayan Xalq artisti

17:06 6 yanvar 2026
15 yaşında evdən qaçan Aygün Bəylər - Əmisi onu niyə öldürmək istəyirdi?

15 yaşında evdən qaçan Aygün Bəylər - Əmisi onu niyə öldürmək istəyirdi?

16:30 6 yanvar 2026
Epifaniya: Dini bayram, yoxsa xalq ənənəsi?

Epifaniya: Dini bayram, yoxsa xalq ənənəsi?

15:00 6 yanvar 2026
Xəyanətə görə həyat yoldaşından boşanan, oğlunu gözləyə-gözləyə vəfat edən Nəcibə Behbudova

Xəyanətə görə həyat yoldaşından boşanan, oğlunu gözləyə-gözləyə vəfat edən Nəcibə Behbudova

13:30 6 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər