Ssenari müsabiqəsinin siyahısı açıqlandı

Ssenari müsabiqəsinin siyahısı açıqlandı
4 mart 2021
# 09:45

“Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsinin növbəti turuna keçən ssenarilərin siyahısı açıqlanıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsinin növbəti mərhələsinin iştirakçıları elan edilib.

Müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə buraxılıb, 15 ssenari növbəti mərhələyə buraxılıb. Katiblikdən qeyd edilib ki, ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

Müsabiqənin 5 müəlifdən ibarət “Qısa siyahı”sı 10 mart, müsabiqənin qalibləri 18 mart tarixində elan ediləcək. Qərar qəbul etmiş münsif üzvlərinin adları da həmin tarixdə açıqlanacaq.

“Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin növbəti turuna keçən ssenarilərin siyahısı, müəlliflərin soyadının əlifba sırası ilə göstərməklə təqdim edilir:

Abdullayev Elvin – Kapitan Fərhadın Odisseyası
Abramov Yefim, Leyla Bəyim – Qara qardələnlər
Ağayev Namiq – Müharibə qapımızı döyəndə
Dadaşov Nicat – Sahibin evi
Heydərova Ülviyyə – Qazax çölü
Hüseynova Türkan – Axırıncı palata
Haqverdiyev Vüqar – Xilaskar
İskəndərov Rövşən – Özgə ağrı
İsa Nihad – Tələ
Məmmədov Elcan – Söyüd ağacı
Rəsulzadə Çingiz – Daima birlikdə
Rzayev Elnur Paşa – Xəzər dalğası
Səfərov Hacı – Kaş
Səlimli Mirbala, Marina Malaşenka – Yaddaşın o tayı
Tarıverdiyeva Lalə – Qarabağ. 4 gün.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsində iştirak edən bütün müəlliflərə təşəkkürünü bildirir və onlara yaradıcılıq uğurları arzulayır.

# 2844 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər