Şair ata 24 dəfə intihara cəhd etdi və... - Qeyri-adi hadisə

Şair ata 24 dəfə intihara cəhd etdi və... - Qeyri-adi hadisə
24 dekabr 2019
# 16:55

Kulis.az tanınmış Türk şairi Ümid Yaşar Oğuzcanın oğlu ilə yaşadığı faciəvi hadisəni təqdim edir.

Nə az, nə çox düz 24 dəfə intihara təşəbbüs göstərən, amma hər dəfə müəmmalı şəkildə həyatda qalmağı bacaran, ədəbiyyat dünyasının ən melanxolik şairidir Ümid Yaşar Oğuzcan. Həyatı boyu pəncəsindən xilas ola bilmədiyi melanxoliya ona həyatının ən dəhşətli kədərini yaşatdı.

Gallery

İntihara meyilli olan şair evlənib bir oğul atası olduqdan sonra da bu vərdişindən xilas ola bilməyib. Heç bir şəkildə intihar haqqındakı düşüncələrindən, ölmək üçün atdığı addımlardan yaxa qurtara bilmədiyi kimi, ölməyə də nail ola bilməmişdi. 24 dəfə intihara cəhd edən şair hər dəfə bir səbəblə həyatda qalmağı bacarmışdı.

Gallery

Tez-tez evdə Ümid Yaşarın uğursuz intihar cəhdləri və onun acı nəticələrinin müzakirəsi ailənin dincliyini pozmuşdu. Bu vəziyyət Ümid Yaşar Oğuzcanın özü kimi şair olan atası Lütfi Oğuzcanı da dərindən narahat edir hətta, oğlunun intihar cəhdlərinin birindən sonra belə bir dördlük qələmə alıb:

“Bak dünya ne güzel, bu sitem niye,
ettim ben adımı sana hediye.
mutluyum ey oğul babanım diye,
çarptırma hicvinle cezaya beni.”

Tanınmış şair ölmək istəyini tez-tez gündəmə gətirməklə oğlu Vedata təsir edəcəyini heç vaxt düşünmürdü. Bu mühitdə böyüyən Vedat da atası kimi intihara meyilli olmağa başlayır. Amma o ilk intihar cəhdində atası kimi şanslı olmur. 17 yaşında olanda atasına bir dərs vermək istəyir və özünü Qalata Qülləsindən atarak intihar edir. Onun cansız bədəninin ətrafında toplaşan insalar ölən gəncin əlində bir kağız görür. Kağızda bir övladın ataya söyləyə biləcəyi ən kədərli bir cümlə yazılmışdı.

“Ata, intihar elə edilməz belə edilər”.

Gallery

Oğlunun intiharından sonra Ümid Yaşar Oğuzcan məşhur “Qalata Kulesi” şeirini yazır.

"6 haziran 1973, pırıl pırıl bir yaz günüydü,
aydınlıktı, güzeldi dünya,
bir adam düştü o gün galata kulesinden.
kendini bir anda bıraktı boşluğa;
ömrünün baharında, bütün umutlarıyla birlikte paramparça oldu.
bir adam düştü galata kulesinden;
bu adam benim oğlumdu gencecikti vedat,
ışıl ışıldı gözleri, içi,
bütün insanlar için sevgiyle doluydu
çıktı apansız o dönülmez yolculuğa
kendini bir anda bıraktı boşluğa,
söndü güneş, karardı yeryüzü bütün zaman durdu.
bir adam düştü galata kulesinden
bu adam benim oğlumdu; açarken ufkunda güller alevden,
çıktı, her günkü gibi gülerek evden,
kimseye belli etmedi içindeki yangını
yürüdü, kendinden emin sonsuzluğa doğru.
galata kulesinde bekliyordu ecel,
bir fincan kahve, bir kadeh konyak,
ölüm yolcusunun son arzusuydu bu,
bir adam düştü galata kulesinden;
bu adam benim oğlumdu.
küçücüktü bir zaman,
kucağıma alır ninniler söylerdim ona,
uyu oğlum, uyu oğlum, ninni.
bir daha uyanmamak üzere uyudu vedat.
6 haziran 1973 galata kulesinden bir adam attı kendini;
bu nankör insanlara bu kalleş dünyaya inat,
şimdi yine bir ninni söylüyorum ona,
uyan oğlum, uyan oğlum, uyan vedat.

# 3645 dəfə oxunub

Oxşar xəbərlər

"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

12:00 7 iyul 2026
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

12:00 7 iyul 2026
ABŞ Prezidenti gülüş hədəfində: "Trampın 250 illik yubiley konserti biabırçılıqdır!"

ABŞ Prezidenti gülüş hədəfində: "Trampın 250 illik yubiley konserti biabırçılıqdır!"

11:26 7 iyul 2026
“Melodiya” Vaqif Mustafazadənin caz albomunun rəqəmsal versiyasını buraxdı

“Melodiya” Vaqif Mustafazadənin caz albomunun rəqəmsal versiyasını buraxdı

18:31 6 iyul 2026
"Mən, Ennio Marrikone, öldüm, dostlarıma xəbər verirəm..." - Sükuta çəkilən maestro

"Mən, Ennio Marrikone, öldüm, dostlarıma xəbər verirəm..." - Sükuta çəkilən maestro

18:25 6 iyul 2026
Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

18:10 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər