Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq

Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
10 aprel 2021
# 17:01

Azərbaycanlı rejissor Cəlaləddin Qasımovun “Edam günü” bədii filmi Braziliyanın “O ECOCINE –Internacional de Cinema Ambiental e Direitos Humanos”, “Şollerin arxivi” bədii filmi isə “FriCine” beynəlxalq festivallarında ölkəmizi təmsil edəcək.

Eyni zamanda, hər iki ekran əsəri Braziliyanın “Fılmóptıco - Internatıonal art vısual and” film festivalında birincilik uğrunda yarışacaq.

Kulis.az xəbər verir ki, bu barədə hər iki ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Bildirib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 88 dəqiqədir.

Onun sözlərinə görə, “Edam günü” bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.

Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur.

“SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

# 2552 dəfə oxunub

Oxşar xəbərlər

"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında  nə yazmışdı?

"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında nə yazmışdı?

11:00 30 may 2026
"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

10:30 30 may 2026
Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

10:00 30 may 2026
Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

16:20 29 may 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

14:07 29 may 2026
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

13:02 29 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər