Qarabağla bağlı bu ifadələri işlətmək olmaz! - Vacib məqamlar

 Qarabağla bağlı bu ifadələri işlətmək olmaz! - Vacib məqamlar
5 oktyabr 2020
# 12:11

Kulis.az Araz Aslanlının torpaqlarımızın işğaldan azad olunma xəbərini verəndə diqqət etməli olduğumuz vacib məqamlarla bağlı yazısını təqdim edir.

20 ildən çoxdur ki, münaqişə terminologiyası ilə bağlı müraciətlərimiz olur. Hazırkı məqamda isə bu xüsusi önəm daşıyır. Ona görə də xahiş edirəm ki, xüsusilə KİV nümayəndələri, sosial şəbəkədə xüsusi fəal olanlar bu məsələdə daha diqqətli olsunlar:

1. Azərbaycan ordusu Xankəndini, Şuşanı ya da başqa bir ərazimizi vurmur. Azərbaycan ordusu işğalçı Ermənistan ordusunun Xankəndində, Şuşada və digər ərazilərimizdəki mövqelərinə zərbə endirir.

2. Ordumuz əraziləri tutmur ya da almır. Azad edir! Çox açıq ifadədir. Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilər - Azərbaycan ordusu tərəfindən azad edilmiş ərazilər.

3. Azərbaycan ordusunun hədəfi işğalçı Ermənistan ordusudur. Mülki vətəndaşlar deyil. Bu mənada hədəf kimi "ermənilər" ifadəsindən istifadə edilməməsi daha məsləhətdir ("ermənilər qoyub qaçdılar" və s.). İstifadə olunacaq ifadə "Ermənistan ordusunun əsgərləri, zabitləri" və s. dir. Orudumuzun hədəfi millət deyil, işğalçı ordudur. İfadələr də buna uyğun olmalıdır.

4. Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı yer yoxdur. Keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti" var idi. İndi isə ayrı-ayrı rayonlar və Xankəndi var.

5. Azərbaycan öz ərazilərini azad edir. Apardığı əməliyyatın əsas məqsədi BMT TŞ-nin qətnamələrinin icrasıdır. Müəyyən motivləriylə Ermənistan işğalına qarşı zəruri müdafiə hüququndan istifadədir. Yekun məqsəd Ermənistanın beynəlxalq hüquqa uyğun ədalətli sülhə məcbur edilməsidir. İstifadə olunan ifadələr daha çox buna uyğun olsa daha yaxşı olar. "Separatizmlə mübarizə", "partizan müharibəsi", "terrorla mübarizə" indiki halda çox uyğun olmayan ifadələrdir (hər birinə aid nəsə detal tapmaq olar, amma bizi mahiyyətdən uzaqlaşdırar).

6. Şəhidlərimizin rayon və kəndlər üzrə siyahısının paylaşılması doğru olmaya bilər. Onlar Azərbaycanımızın uğrunda, bizi rayon, kənd yerliçiliyindən uzaqlaşdırmaq üçün şəhid olublar. "Filan rayon, filan kənd şəhidin var" şüarı ilə paylaşmamaq daha yaxşı olar. Bəziləri (şükür ki, sayıları çox azdır) "niyə filan yerdən şəhid azdır, filan yerdən çoxdur" tərzində söhbətlərə və başqa bəzi iyrənc təbliğatlara başlamaq istəyirlər. Qətiyyən imkan vermək olmaz. Hal-hazırda ən böyük gücümüz birliyimizdir. Bu cür iyrənc provakasiyalarla birliyimizin pozulmasına imkan verməməliyik.

# 7369 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər