Paltarımı satışa çıxartdım... – Lalə Məmmədova sevgidən yazır 

Paltarımı satışa çıxartdım... – Lalə Məmmədova sevgidən yazır 
12 fevral 2021
# 11:10

Kulis.az hərdən saytımızda maraqlı yazılarla çıxış edən müğənni Lalə Məmmədovnın növbəti xatirə-əhvalatını təqdim edir.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.

Mikayıl Müşfiq

Sevgi var... Əlbəttə vardır! Olmasaydı, bu boyda cahan və sakinləri niyə bu qədər həyata tutunmalıydılar ki? Bu qədər nəğmələr, dastanlar, əfsanələr hardan yaranacaqdı?
Ancaq bu gün haqqında yazacağım sevgi nümunəsi fəlsəfi, ciddi-ciddi şairlərin, filosofların qələmə aldığı sevgilərdən olmayacaq. Həm mən yazıçı da deyiləm. Yazanlar yazıb, oxuyanlar oxuyub, təzə nə yazacağam ki?

14 fevral Dünya Sevənlər Günüdür. Nə gözəl! Yaşasın sevgi! Yox, yox…

Deyəsən, tələsdim...

Yaşasın sevgidən öncə gələn sayğı və güvən! Məncə, Tanrı belə dünyanı yaradarkən öncə insana sayğı və güvən, sonra sevgiylə yanaşdı. Elə olmasaydı, insanın Yer üzündə törətdiyi fitnə-fəsada görə salamat adam qalmazdı.

Sevgini hər zaman öndə görmək istəyirik. Sanki yaşadığımız gözəl anları, etdiyimiz səhvləri, günahları, savabları sevgi adı altında özümüzə haqq qazandırmağa, qarşılaşacağımız ittihamlardan sığortalamağa çalışırıq.
Ancaq zaman və yaşadıqlarımız sevgidən öncə sayqı və güvənin vacib olduğunu bizə göstərdi.

Bir çox səhnə adamlarının xatirələrinə baş vursanız orada özəl bir pərəstişkar sevgisiylə rastlaşacaqsınız! Mütləq rastlaşacaqsınız!

Bu gün tam başqa sevgidən söhbət açmaq istəyirəm. Təmənnasız, qarşılıqsız, saf pərəstişkar sevgisindən. Üzünü görmədiyim, səsini eşitmədiyim, ancaq sevgisinin səmimi olduğuna qəlbən inandığım və sonsuzadək minnətdar olduğum gizli pərəstişkar sevgisi...

Təxminən 2006-2007-ci illərə təsadüf edir danışacağım əhvalat. Radioların birində xeyriyyə məqsədiylə internet vasitəsilə auksion keçirilirdi və bu auksionda izləyicilər arasında maraq doğursun deyə sənət adamlarının özəl əşyaları satışa çıxarılırdı. Səhv etmirəmsə, bu aksiyaya qoşulan altıncı sənətçi idim. Növbəm çatanadək digər tanınmış sənətçilərin bahalı eynəkləri, qol saatı və s. əşyaları gözlənildiyi kimi izləyicilər tərəfindən göydə alındı.

Auksiona məşhur "Kölgən olaram" klipindəki xüsusi olaraq mənimçün hazırlanmış böyük yarıqlı, zəncirli qara, uzun əlbisəmlə qoşuldum. Başlanğıcda əlbisəyə simvolik qiymət qoyuldu. Canlı yayıma qoşulan dinləyicilər yarışa girdilər. Sonda paltar münasib qiymətə satıldı. Dərindən nəfəs alıb "Ah, nə gözəl, mənim də bu gözəl işdə bir payım oldu" dedim.

Az sonra verilişin prodüseri (Səbinə xanım) zəng etdi və həyəcanla mənə verilişdən sonra baş verənləri danışmağa başladı.

Veriliş bitir və heyət paltarı alan və götürməyə gələn yaraşıqlı bir gənci radioda qarşılayır. Və heç də bu vaxtadək yaşamadıqları hadisənin şahidi olurlar. Dinləyici paltarın pulunu ödəyir, amma əlbisəni sahibinə qaytarmağı yaradıcı heyətdən xahiş edərək eynilə bu sözləri deyir: "Ona olan sevgim və sayğım onun şəxsi əlbisəsinin başqa birisinin əynində olmasına izn vermir. Lütfən Lalə xanıma qaytarın paltarı."

Paltar yenidən mənə qayıtdı.

Ancaq bu dəfə dəyərindən qat-qat çox qiymətli Sevgi və Sayğı ilə.

# 3784 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər