Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu

Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18 yanvar 2021
# 18:54

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə start verilib. Müsabiqə yanvarın 18-dən martın 18-dək davam edəcək.

Nazirlikdən Kulis.az-a bildirilib ki, müsabiqənin məqsədi uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Müsabiqənin Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri və respublika üzrə fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilməsi nəzərdə tutulur. İki mərhələdə təşkil olunan müsabiqə “Rəsm” və “Əl işləri” nominasiyalarında 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) keçirilir. Müsabiqəyə qatılan təhsil müəssisələri hər yaş qrupu üzrə yalnız 1 rəsm və 1 əl işi təqdim etməlidir.

“Rəsm” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

-Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

-Rəsmlərin işlənmə texnikası sərbəstdir;

-Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır.

“Rəsm” nominasiyası üzrə işlər fevralın 18-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Rəsm” nominasiyası ilə əlaqədar (+994) 55-540-08-54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

“Əl işləri” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

- Dahi şairin əsərlərini özündə əks etdirən işlər muncuq, toxuma, kağız və ağac əl işləri, oriqame, dulusçuluq, nitkoqrafiya (sapla əl işləri) ilə hazırlanmalıdır;

- Əl işlərinin şəkilləri göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;

-Bir iştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər.

“Əl işləri” nominasiyası üzrə işlər də fevralın 18-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Əl işləri” nominasiyası ilə əlaqədar (+994) 55-232-31-73 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qalib işlər fevralın 18-dən martın 18-dək keçiriləcək yekun mərhələdə münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin qalibləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaq.

# 3109 dəfə oxunub

Oxşar xəbərlər

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

19:00 9 iyul 2026
50 yaş  təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

50 yaş təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

18:30 9 iyul 2026
"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

17:00 9 iyul 2026
Vaqif Poeziya Günləri başlayır

Vaqif Poeziya Günləri başlayır

16:35 9 iyul 2026
Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi

16:20 9 iyul 2026
“Yazıçı, publisist Şamo Arif - 90”  adlı sərgi açıldı

“Yazıçı, publisist Şamo Arif - 90” adlı sərgi açıldı

16:00 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər