Musiqili Teatrda 5 gün yeni il tamaşaları olacaq

Musiqili Teatrda 5 gün yeni il tamaşaları olacaq
30 dekabr 2019
# 10:49

Hər il olduğu kimi, bu il də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə yeni tamaşalarla balacaların görüşünə gəlib.

Teatrın mətbuat xidmətindən Kulis.az- a bildirilib ki, sənət ocağının yaradıcı kollektivi qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşası ilə sevindirib.

Maraqlı və macəra dolu Yeni il tamaşaları yanvarın 5-dək hər gün dörd seans olmaqla - saat 10:30, 12:30, 14:30 və 16:30-da nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcək.

Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqilərı və teatrın balet truppasının rəqsləri ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.

Bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə ifa edir.

# 2388 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı yazıçı-şairləri hər fürsətdə alçaltmağa çalışanların məqsədi nədir? - Vüqar Van

Azərbaycanlı yazıçı-şairləri hər fürsətdə alçaltmağa çalışanların məqsədi nədir? - Vüqar Van

11:54 16 iyun 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:24 16 iyun 2025
Bu gün hər şey o romandakı kimi olacaq - "Blum günü"

Bu gün hər şey o romandakı kimi olacaq - "Blum günü"

10:00 16 iyun 2025
15 iyun -  Gələcəyə gedən yol

15 iyun - Gələcəyə gedən yol

13:24 15 iyun 2025
Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi

Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi

22:05 14 iyun 2025
İran haqlıdır, yoxsa İsrail? - Müharibəyə sevinənlərin səhvi

İran haqlıdır, yoxsa İsrail? - Müharibəyə sevinənlərin səhvi

15:39 14 iyun 2025
#
#
# # #