Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"

Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
19 yanvar 2021
# 13:17

“Şəhid verdiyimiz dövrdə toy oxumusan qınaq yerinə çevrilmisən, indi niye minnət vurursan ki…”

Kulis.az xəbər verir ki, bu sözlər tanınmış tarzən Humay Qədimova feysbuk hesabında yazıb. O, şou-biznes nümyandələrinin səmimi olmadıqlarını bildirib:

“Yenə də başladılar, gündəmdə qalmaq üçün minnət vurmağa. Ay bala, şəhid verdiyimiz dövrdə toy oxumusan, qınaq yerinə çevrilmisən, indi niyə minnət vurursan ki, o pulları həmin o ailələrə verəcəm. Başa düşün ki, biz ömür boyunca onlara borclu qaldıq. Bir dəfə də səmimi içdən olun da ,danışmayın. Vallah xəbəriniz gəlib çatacaq ki, filankəs xeyir iş gördü. Bu arada kimlər bu savab işlərlə məşqul oldu və olur Allah hamıya yar olsun.”

Qeyd edək ki, bir aydır Rusiyada olan Şəbnəm Tovuzlu orada toy məclislərinə qatılıb və buna görə tənqid hədəfinə çevrilib. O tənqidlərə cavab olaraq bildirib ki, konsertdən qazandığı pulu xeyriyyə işlərinə ayırıb:

"Mənə qarşı haqsız tənqidlər yazılır. Rusiyaya gəlməyim, konsert verməyim o qədər müzakirə olundu ki... Mən etdiyim xeyriyyə işlərini açıb danışmıram. Amma bu qədər təhqirə layiq deyiləm. Konsertdən qazandığım puldan 11 min dollar iki qazimizin əməliyyatına ayrılıb. Hazırda Bakıda deyiləm, amma qayıdanda həmin qaziləri ziyarət edib, video paylaşacam. Onların müalicəsi üçün nə lazımdırsa, öz boynuma götürmüşəm".

# 3063 dəfə oxunub

Oxşar xəbərlər

Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub

Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub

17:35 5 yanvar 2026
Filarmoniyanın yanvar ayı üçün tədbirlər planı açıqlandı

Filarmoniyanın yanvar ayı üçün tədbirlər planı açıqlandı

17:08 5 yanvar 2026
Azərbaycanlı şairin kitabı tatarca çap olundu

Azərbaycanlı şairin kitabı tatarca çap olundu

16:06 5 yanvar 2026
Azərbaycan arxeologiyasının sarbanı - O, Qobustanla bağlı nəyi sübuta yetirmişdi?

Azərbaycan arxeologiyasının sarbanı - O, Qobustanla bağlı nəyi sübuta yetirmişdi?

15:53 5 yanvar 2026
Məleykə Əsədova: "Qızımın 20 yaşı olsa da, bunu əsla edə bilməz"

Məleykə Əsədova: "Qızımın 20 yaşı olsa da, bunu əsla edə bilməz"

15:12 5 yanvar 2026
Kenan Doğuludan "Avroviziya" etirafı: "Səhərə qədər ağladım"

Kenan Doğuludan "Avroviziya" etirafı: "Səhərə qədər ağladım"

14:36 5 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər