Mənsum İbrahimov Yasamaldakı fləşmobdan danışdı: "Özüm də iştirak edərdim"

Mənsum İbrahimov Yasamaldakı fləşmobdan danışdı: "Özüm də iştirak edərdim"
25 iyun 2020
# 15:58

"Bu məsələ ilə yaxından uzaqdan heç bir əlaqəm yoxdur. Xəbərim olsa belə burda qəbahət bir iş görülməyib".

Bu sözləri Xalq artisti Mənsum İbrahimov bu gün səs-küyə səbəb olan Yasamalda polisə dəstək flaşmobu ilə bağlı Kulis.az-a verdiyi açıqlamasında deyib:

"Mən də sosial şəbəkədə gördüm həmən flaşmobu. Özüm haqqında tənqidlərə də rast gəldim. Əvvəla onu deyim ki, bu layihənin kimlər tərəfindən keçirildiyindən xəbərim olmayıb. Olsaydı elə, özüm də iştirak edərdim məmnuniyyətlə. Burda qəbahət bir iş yoxdur. Bir neçə gün əvvəl Yasamalda baş verən o utancverici hadisədən sonra istəyiblər belə bir dəstək kampaniyası etsinlər.

M.İbrahimov daha sonra bunları əlavə edib:

“Onu da qeyd edim ki, baş verən o hadisədə zorakılığı şiddətlə qınadım, zorakılıq edən də öz cəzasını çəkdi. Amma polis bizim düşmənimiz deyil gecə-gündüz asayişimizi qoruyan vətən övladlarıdır”.

Qeyd edək ki, bu gün mətbuatda yayılan Yasamal sakinlərinin polisə dəstək flaşmobu sosial mediada gündəm mövzusuna çevirilib.

# 3744 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər