Mirzə Cəlilin 150 illik yubileyi qeyd edilib - Fotolar

Mirzə Cəlilin 150 illik yubileyi qeyd edilib - Fotolar
26 dekabr 2019
# 09:44

Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində həmişə olduğu kimi böyük, dahi şəxsiyyətlərə xalqımız, dövlətimiz tərəfindən böyük diqqət verilir: "Onun qoyduğu ənənə bu gün də davam etdirilir. Bu il Cənab Prezident İlham Əliyev sərəncamları ilə keçirilən yubileylərin siyahısını tutsaq kifayət qədər maraqlı mənzərə alınar. Bu il Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, İmran Qasımovun, Hüseyn İbrahimovun, İsa Muğannanın, İsmayıl Şıxlının və Məhəmməd Hadinin yübileylərinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncamlar verilib. Bundan əlavə bütövlükdə "Nəsimi ili" elan olunub. Nəsimi ili ümumiyyətlə mədəniyyət ili kimi qəbul olunmalıdır. Çünki bu tədbirlər silsiləsi Azərbaycan xalqının dili, mədəniyyəti, təfəkkürü ilə birbaşa bağlıdır".

Nazir bütün il müddətində Azərbaycanın müxtəlif bölgələrində C. Məmmədquluzadənin adı ilə bağlı silsilə tədbirlərin keçirilirdiyini diqqətə çatdırıb: "Onun əsərləri əsasında tamaşalar qoyuldu, yeni televizya versiyalarında filmlər çəkildi. Hesab edirəm ki, bu ənənə daim yaşasacaq. Çünki Azərbaycan xalqının özünü dərk etməsində bu cür böyük rol oynamış şəxsiyyətlər heç vaxt unudulmamalıdır. Dövlətin də siyasəti ondan ibarətdir ki, hər dəfə yubileylər keçirildikdə biz sanki bu insanları cəmiyyətimizə, yeni nəslə qaytarırıq və onların bu xalqın inkişafına verdiyi böyük töhfələr bizimlə bir yerdə yaşayaraq gələcəyə keçə bilir".

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar C.Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı və mənəviyyatında tamamilə yeni bir səhifə açmış yazıçı olduğunu deyib: "Biz Mirzə Cəlildən öz xalqını necə sevməyi öyrənirik. Bəzən onun haqqında "görkəmli yazıçı" sözünü işlədirlər ki, mən bunun əleyhinəyəm. Çünki indi cavan yazıçılara "dahi yazıçı" deyəndə adam mat qalır ki, bunlar dahidir, Mircə Cəlil görkəmli. Azərbaycan ədəbiyyatında 6-7 şair-yazıçıya dahi demək olarsa, onlardan biri şübhəsiz Cəlil Məmmədquluzadədir. O, Azərbaycan xalqı, Azərbaycan dili yaşadıqca həmişə xalqımızın qəlbində olacaq".

Xalq yazıçısı C.Məmmədquluzadənin Bakıda heykəlinin olmadığını da vurğulayıb: "Bakıda Mirzə Cəlilin ayrıca heykəlinin qoyulması ilə bağlı təklifimi hörmətli prezidentimiz böyük rəğbətlə qarşıladı. Mən arzu edirəm ki, biz o heykəlin açılışında iştirak edək".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli C.Məmmədquluzadəni Azərbaycanın dövlət müstəqilliyinə, milli oyanışına ürəkdən xidmət etmiş görkəmli sənətkar adlandırıb: "O, milli istiqlala ədəbiyyatının sərkərdəsi, böyük "Molla Nəsrəddin" ordusunun başçısıdır. Bu ordu Azərbaycanın milli-mənəvi oyanışına misilsiz xidmət göstərib".

Sonra görkəmli söz ustasının dram əsərləri əsasında hazırlanmış tamaşa-kompazisiya təqdim olunub. Tamaşa-kompazisiyanın rejissoru Xalq artisti Vaqif Əsədov, rejissorları Elnur Məmmədov və Tural Mustafayevdir. Tədbirdə Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının, Akademik Musiqili Teatrının aktyorları çıxış ediblər.

Qeyd edək ki, 2019-cu il yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinin keçirilməsi məqsədi ilə Sərəncam imzalayıb.

# 2947 dəfə oxunub

Oxşar xəbərlər

Ortalığa atılan və ortalığı batıran "alimlər" - Fazil Mustafadan Firudin Cəlilova cavab

Ortalığa atılan və ortalığı batıran "alimlər" - Fazil Mustafadan Firudin Cəlilova cavab

18:42 27 yanvar 2026
Almanların "milli peyğəmbəri" - O, niyə Kantın yaşadığı şəhərə piyada yollanmışdı?

Almanların "milli peyğəmbəri" - O, niyə Kantın yaşadığı şəhərə piyada yollanmışdı?

18:00 27 yanvar 2026
İslam dünyasının "intiharı" - Qəzali nəyi məhv etdi?

İslam dünyasının "intiharı" - Qəzali nəyi məhv etdi?

17:30 27 yanvar 2026
Borc içində yaşayan dahi - Motsartın məşhur "gülən göz yaşları" effekti

Borc içində yaşayan dahi - Motsartın məşhur "gülən göz yaşları" effekti

17:01 27 yanvar 2026
Ədəbiyyatın "Cənub düyünü" -  Milli kodlarımızı necə qorumalıyıq?

Ədəbiyyatın "Cənub düyünü" - Milli kodlarımızı necə qorumalıyıq?

16:40 27 yanvar 2026
Eldar Quliyevin 85 illiyi qeyd ediləcək

Eldar Quliyevin 85 illiyi qeyd ediləcək

16:00 27 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər