Mikayıl Müşviq Poeziya Evi açılsın - Təklif edildi

Mikayıl Müşviq Poeziya Evi açılsın - Təklif edildi
27 yanvar 2020
# 15:39

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin doğulub boya-başa çatdığı ünvanda tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı şairin yaradıcılığından söhbət açıb. Bildirib ki, Müşfiq yaradıcılığının çiçəkləndiyi bir vaxtda repressiyanın qurbanı olub. Şair həyatdan erkən getsə də, özündən sonra ədəbiyyatımız, xalqımız üçün xeyli sayda əsərlər, böyük bir ədəbi irs qoyub.

Şairin vəfatından sonra onun evində yaşamış Səfər Hüseynov qeyd edib ki, indiyə qədər Mikayıl Müşfiqin yaşadığı məkan barədə müxtəlif fikirlər söylənilir. Şairin Çadrovıda, Xızıda və digər yerlərdə yaşadığı söylənilsə də, bunların heç biri həqiqətə uyğun deyil. Mikayıl Müşfiq repressiya olunana qədər ailəsi - ata-anası, bacı-qardaşları ilə İkinci Sovet küçəsindəki 6 nömrəli evdə yaşayıb. “Mənim valideynlərim, ailəmizdə doğulan uşaqlar da o həyətdə yaşayıblar. Mən də 1947-ci ildə həmin evdə doğulmuşam. Müşfiq repressiyaya məruz qalıb güllələnəndən sonra onun bacısı Balacaxanım sürgün olundu. O, sürgündən qayıdanda atam iki otağımızın birini yaşamaq üçün ona verdi. Bir evdə bir ailə kimi yaşadıq. Yaxşı olardı ki, onun yaşadığı yerdə təpənin başında, üzü Xəzərə ya ev muzeyi, yaxud da Mikayıl Müşfiq adına Poeziya evi yaradılsın, qarşısında heykəli, ya da büstü qoyulsun. Onda tarixi həqiqət öz yerini tapar. Əgər istəyimiz baş tutarsa, şairin ruhu da şad olar. Onu harada yad edirlər etsinlər, şairin ruhu doğuldu yerdə dolanır. Əgər həmin ərazidə Müşfiqin ev muzeyi yaxud, M.Müşfiq adına Poeziya evi yaradılarsa, bura bir növ şairin ruhunu ziyarət yeri olar”, - deyə S.Hüseynov əlavə edib.

Tədbirdə çıxış edən professor Fuad Məmmədov, Cabir Novruz adına Fondun prezidenti Cavanşir Qurbanov və Xalq artisti, kamança ustası Şəfiqə Eyvazova M.Müşfiqin yaradıcılığından söhbət açıblar. Bildiriblər ki, lirik, romantik şairin bütün şeirlərində yeni həyata çağırış var. O, milli-mənəvi dəyərlərə, xalq yaradıcılığından bəhrələnməyə üstünlük verib. M.Müşfiq vətənini çox sevirdi. “Ölkəm”, “Ey Dan ulduzu!”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və başqa bu kimi əsərlər şairin yurduna, Vətəninə bağlılığının bariz nümunəsidir.

Sonda şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.

# 4036 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər