Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”

Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
22 sentyabr 2021
# 18:59

Atatürkün ilk rəssamına həsr edilən kitabın və filmin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, sentyabrın 21-də Bakının Atlas Hotelində Milli Mədəniyyətimizin Təbliği İB-nin sədri Jalə Cəfərovanın qələmə aldığı, Atatürkün naturadan ilk rəsmini çəkmiş dünya şöhrətli rəssam İbrahim Safinin həyat və yaradıcılığına həsr edilmiş "Rəngləri danışdıran adam" kitabının və Etibar Məmmədovun rejissorluğu ilə hazırlanmış eyniadlı filmin təqdimatı keçirilib.

İordaniyanın səfiri Sami Asim Qoşeh, Türkiyə səfirliyinin 2-ci katibi Gözde Çağdaşın da iştirak etdiyi təqdimat mərasimində çıxış edən sənətşünaslar Ziyadxan Əliyev, Ülkər Veysəlli, rejissor Gəray Əlibəyov, tarixçi-alim Ələsgər Siyablı çıxış edərək İbrahim Safinin həyat yolu, yaradığıcılığı haqda fikirlərini bölüşüblər.

Alqışlarla müşayiət olunan təqdimat mərasiminin sonunda ailəsi adından İbrahim Safinin qardaşı nəvəsi Elşad Səfiyev və müəllif Jalə Cəfərova çıxış edərək iştirak edənlərə öz təşəkkürlərini ifadə ediblər. Mərasimdə ölkənin tanınmış elm və sənət adamları iştirak ediblər.

# 1893 dəfə oxunub

Oxşar xəbərlər

Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
# # #