İbo özündən 43 yaş kiçik qadınla evləndi: Gülçin Karakaya kimdir? - Fotolar

İbo özündən 43 yaş kiçik qadınla evləndi: Gülçin Karakaya kimdir? - Fotolar
3 may 2021
# 11:33

Tanınmış müğənni İbrahim Tatlısəs şənbə günü “İbo-şou” verilişində evləndiyini etiraf etdi.

Kulis.az xəbər verir ki, bununla da qardaş ölkənin mediasında dolaşan dedi-qodu xəbərlərinə nəhayət son qoyulub.

68 yaşlı müğənni özündən 43 yaş balaca Gülçin Karakaya ilə evlənib.

Öz verilişində evləndiyini etiraf edən İbrahim Tatlıses onu qınayacaq adamlara bu sözləri deyib:

“Mən xoşbəxtəm, evlənmişəm, qardaşım. Gülçin mənə çox yaxşı baxır. Bu saatdan sonra kiməsə hesab vermək fikrim yoxdur!”

Bəs Gülçin Karakaya kimdir və İmperatorun həyatına necə daxil olub?

26 yaşlı Gülçin Karakaya İzmir şəhərindəndir. İlk vaxtlarda Gülçinin İbrahim Tatlısesin manikür ustası olduğu iddia edilsə də, İbrahim onu köməkçisi adlandırmışdı.

Qeyd edək ki, bu, İbrahim Tatlısəsin sayca 5-ci rəsmi nikahıdır. Onun 7 uşağı və 9 nəvəsi var. Müğənninin böyük oğlu İdo Tatlısesin 28 yaşı var və Gülçin Karakayadan 2 yaş böyükdür.

Qeyd edək ki, İbrahim Tatlıses və Gülçin Karakaya arasında 2 ilə yaxın müddətlik münasibət var.

# 6681 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:40 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər