İSESKO Qısametrajlı Film Mükafatı elan edir

İSESKO Qısametrajlı Film Mükafatı elan edir
16 sentyabr 2020
# 20:00

İSESKO yaradıcı bacarıqlarınızı dəstəkləmək üçün Qısametrajlı Film Mükafatı elan edir.

Kulis.az xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) “İSESKO Rəqəmsal Ev” təşəbbüsünün “Distant Mədəniyyət” layihəsi çərçivəsində İSESKO Qısametrajlı Film Mükafatını elan edir. Mükafat ən yaxşı 3 qısametrajlı filmə müvafiq olaraq 8.000 ABŞ dolları, 6.000 ABŞ dolları və 4.000 ABŞ dolları məbləğində olmaqla veriləcəkdir.

İSESKO bu mükafatın gəncləri bədii yaradıcılığa həvəsləndirmək, onların bədii və sənədli filmlər istehsal etmək istedadlarını üzə çıxarmaq və sülh mədəniyyətini yaymaq məqsədi daşıdığını bəyan edir. Bu Mükafat həmçinin film istehsalını təşviq etmək, İSESKO-nun Qısametrajlı Filmlər Fondunu qurmaq, "həyat iqtisadiyyatı" və gələcək iş formaları, yaradıcılıq, istehsalat və iş yerlərinə dair gələcək təxminləri formalaşdırmağa kömək etmək məqsədlərinə də xidmət edir.

Əlavə olaraq, müsabiqədə iştirak edən filmlər aşağıdakı kateqoriyalara bölünməlidir: dram, sənədli, irs və folklor, bəşəri dəyərlər, sağlamlıq və ətraf mühit, uşaq filmləri, koronavirus (COVID-19) dövründəki gündəlik həyat və komediya. Filmdə səsli danışıq olmadan təbii səslər və ya musiqi (təbiət və heyvan filmləri) ola bilər.

Müsabiqədə iştirak üçün, qısametrajlı film:

Xronometrajı 4 dəqiqədən çox olmamalıdır;

Əvvəllər hər hansı başqa bir müsabiqəyə təqdim edilməmiş olmalıdır;

Bəşəri, dini və ya milli dəyərlərə xələl gətirməməlidir;

İSESKO-nun üç rəsmi dilindən (ərəb, ingilis və fransız) birində subtitr yazısı olmalıdır;

Bu email ünvanına göndərilməlidir: [email protected].

İSESKO həmçinin bəyan edir ki, Üzv Dövlətlərin Milli Komissiyaları və səlahiyyətli tərəfdaşlar Mükafatın elan edilməsində iştirak edəcək və İSESKO qaliblərin seçimi üçün münsiflər heyəti təyin edəcək. Mükafatlar Mərakeş Krallığının Rabat şəhərində, İSESKO-nun baş qərargahında baş tutacaq xüsusi mərasimdə təqdim ediləcək.

Təqdirəlayiq haldır ki, İSESKO “Distant Mədəniyyət” təşəbbüsü çərçivəsində aşağıdakı yaradıcılıq sahələrinin hər biri üzrə üç tələbəyə mükafat ayırmışdır: Qısa hekayə yazmaq, rəsm çəkmək; və musiqi kompozisiyası və ya digər yaradıcı məhsul yaratmaq. Mükafatlar müvafiq olaraq 6.000 ABŞ dolları, 4.000 ABŞ dolları və 2.000 ABŞ dolları məbləğindədir.

Mükafat üzrə nominasiyalarla bağlı suallar AR Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir.

# 3085 dəfə oxunub

Oxşar xəbərlər

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

16:15 15 iyul 2026
"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

15:00 15 iyul 2026
Riki Martin bu ölkədəki konsertini ləğv etdi

Riki Martin bu ölkədəki konsertini ləğv etdi

13:41 15 iyul 2026
44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

12:50 15 iyul 2026
Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

11:17 15 iyul 2026
Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

10:47 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər