Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto

Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
30 mart 2020
# 23:02

Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyevanın koronavirusa tutulması ilə bağlı xəbər yayılıb.

Kulis.az xəbəri təsdiqləmək üçün vəfa xanımla əlaqə saxlayıb. O xəbəri təsdiqləyərək xəstəxanada karantin rejimində olduğunu bildirib:

“Hal-hazırda xəstəxanadayam. Məndə heç nə yox idi. Dördüncü gün səhər yuxudan oyananda qızdırmam olduğunu gördüm və artıq evdən çıxmadım. Mən özüm həkiməm, ona görə də belə halları başa düşürəm. Çünki, xəstəlik ümumiyyətlə qızdırma periodunda yoluxdurur. Qızdırmam əsasən 37.1, 37.2, 37.3 olurdu. Sizə deyim ki, elə yüksək hərarət yox idi. Həmin gün iki saatdan bir qızdırmamı ölçdüm. Üç gün dalbadal qızdırmam qalxıb düşdü. Qızdırma ilə yanaşı tək-tək öskürək də vardı. Ondan sonra özüm referans laboratoriyaya zəng vurdum. Analizləri götürdülər, nəticələr pozitiv çıxdı. Özüm gəldim Tədris Terapiyaya, dedim, istəyirəm gedib müalicəmi alım, həkimlərin əlinin altında olum, qorxuram."

Vəfa xanım daha sonra əlavə edib:

"Evdə ailə üzvlərimi də karantinə alıblar, onlardan analizlər götürülüb. Üç-dörd günə cavab gələcək. Bu gün ciyərlərim rentgen olundu, satratsiyam da normaldı. Qan analizim təmiz çıxdı. Hər şey təmiz çıxdı, amma virusa yoluxmuşam. İmmunitetim maşallah görünür davamlı imiş ki, belə ağır keçirmədim. İndi hal-hazırda sistemin altındayam. Mən iyirmi beş min adama cavabdeh olan poliklinkada işləyirəm. Sonuncu günləri gücləndirilmiş iş rejimi ilə işlədim. Heç evə getmədik. Sutkalarla işdə qalırdım. İmmunitetim aşağı düşdü. Görünür kimdəsə olub, kontaktda olmuşam, düşüb."

# 12954 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər