Gələcəyi formalaşdıran cərəyan - Sənət bizi necə idarə edir?

Gələcəyi formalaşdıran cərəyan - Sənət bizi necə idarə edir?
2 may 2020
# 16:01

Kulis.az Ceyhun Mirzəlinin "Kinoda ekspressionizm. Doktor Kaliqarinin kabineti" adlı yazısını təqdim edir.

Cərəyan barədə ümumi qeydlər


Ekspressionist sözü latıncasından mənasından tərcümədə ifadə edilmə anlamını daşıyır. Bu cərəyan empersionizm cərəyanına qarşı yaradılmışdır. Birinci dünya müharibəsindən öncə Edvard Munkun “Dəhşət” tablosu müharibənin gələcəyini sənət duyumuyla cəmiyyətə çatdırmışdır.

Frans Mark “Göy atlı” adlı tablosu da dövrünün qabaqcıl sənət nümunələrindən idi. Bu əsərdə bir neçə at təsvir edilmiş atların həm də, atlı olduğu göstərilmişdir. Bununla insanın mənən yox oluşu əks olunurdu. Bu ideya italyan rəssamı Alessendro Neskinin “İnsan və Günəş” əsərində də işlənmişdi. Qızmar günəşin qarşısında insan ərimiş? yox olmağa doğru gedən vəziyyətdə idi. Əsərdə günəşin həyat mənbəyi olmasıyla yanaşı insanı məhv etmə qüdrəti də əks olunmuşdu.

Ekspressionist rəsm əsərlərində deformasiya vacib xətt kimi gedirdi. Norveç rəssamı Rolf Nesk məşhur Elba körpüsünü əyilmiş vəziyyətdə təsvir edərək klassik memarlıq tərzidə də sanki üsyan edirdi. Hər bir sənət əsəri özüylə həm də gələcəyin proqnozunu daşıyır.

Alman ekspressionist heykəltəraşı və yazarı Ernst Barlax özünün brüncdən hazırlanmış “İntiqamçı” (1914) heykəlində əzilmiş bir alman əsgərini təsvir edirdi. Bu əsər təkcə müharibə iştirakçısının fiziki yox həm də psixoloji ağrısını əks etdirirdi. Sanki sənətçi bununla öz ölkəsinin 1918-ci ildə müharibədə uduzacağını duyurdu.

Böyük güclərin davasında siravi millətlərin nümayəndələri əziyyət çəkməli olurlar. Lakin buna baxmayaraq Ernst Barlax cəbhəyə yollanmışdı. Həm də deformasiyaya uğramış əsgərin təsviri dünyanı bölüşdürmək üçün aparılan müharibəyə qarşı bir etiraz manifesti idi. Hazırda bu əsər ABŞ-da Harvard incəsənət muzeyində saxlanılır.
Rəssamlıqda bu cür qorxu dolu əsərlər olduğu kimi musiqidə də ruhi gərginlik özünü göstərirdi. Musiqidə təcrübiliyi əsas alan bəstəkarlar asan dinlənilə bilən musiqi notlarını rədd edirdilər. Bəstəkar Arnold Şönberqin əsərlərində musiqi sürətlə qaçaraq ifa olunurdu. Bəstəkarın həyatında bir maraqlı məqam onun 1930-32-ci illərdə İncil motivli “Musa və Harun” əsərini bəstəməyə cəhdidir. O, bu əsəri heç vaxt tamamlaya bilməmişdi.

1895-ci ildə kino yaranarkən bir çox ziyalılar bu yeni icadın sənət növü deyil yalnız əyləncə vasitəsi olacağını proqnozlaşdırırdılar. Lakin üzərindən iyirmi ildən bir qədər çox keçəndən sonra bu proqnoz özünü doğrultmadı. Ekspressionizm cərəyanına aid olan “Doktor Kaliqarinin kabineti” filmi kinonun sənət növü olduğunu sübut edən ekran əsərlərindən olmuşdur. Həmçinin bu film sosiologiyaya Kaliqarizm anlayışını gətirən film idi.

Verme, verme, verme, akıl verme
Vereceksin huzur ver, vereceksin huzur ver.

Birinci cahan savaşı Almaniyada dərin məyusluq inamsızlıq yaratmışdı. Dördlər ittifaqına daxil olan Almaniya Antanta tərəfindən məğlub olmuş ərazilərini itirmişdi. Bu tərəddüdlü acı durum incəsənətə də öz təsirini göstərmişdi. Ekspressionizm cərəyanın Almaniyada geniş yayılmasına təkcə səbəb müharibə də deyildi. Alman filosofu Fridrix Nitşsenin “Zərdüşt belə deyirdi” əsəri bu cərəyanın sələflərindən sayılır. XX əsrin əvvlindəki təbəddülatlı proseslər ağlın inkişafının həm də, cinayətlərə səbəb olduğunu göstərdi. Yuxarıda Tarkanın məşhur mahnısından misraları verməyimin də səbəbi budur. Həyatda elə anlar ola bilər ki, insana hətta ağıl yox yalnız, hüzur gərəkli ola bilər.

Qərbin ağıl çağının bir çox nəaliyyətləri olsa da, birinci cahan savaşı ağlın həddən artıq inkişafının belə fəsadlara yol açdığını sübuta yetirdi. Sənayeləşmədə maddi inkişafda irəli getmiş Qərb toplumu altşüurunda bir böhran yaşayırdı. Bu sənətə ciddi mövzular verdi, xüsusən kinoya ağıl mövzusunda sonradan çəkiləcək filmlər üçün bir stimul oldu. Almaniyanın məğlubiyyəti kinosuna ciddi təsir etmədi. Alman imperatorluğunun dəyərlərinin millətçiliklə sintez edən almanlar 1916-cı ildə xarici filmlərin göstərilməsini qadağan etdilər. Bu yasaq 1920-ci ilə kimi davam etdi. Bu da alman kinosənayesinin ayaqda qalmasına yardımçı oldu. Xatırladaq ki, eyni dövrdə Fransa kinosu özünün iflasını yaşayırdı.
“Doktor Kaliqarinin kabineti” savaşdan məğlub çıxmış bir məmləkətin psixozunu əks etdirən bir film idi. Filmin qəhrəmanı Françis ( Fredrix Frexer ) özünün təxəyüllündə yaratdığı hadisəni nəql edir. Amma bu anlatımda bir həqiqət də gizlənir. Məğlub olmuş bir toplum öz qisasını almalıdır. Hətta düşmənlərdən deyil, öz mənsub olduğu xalqdan olsa belə.

Almanlar zəif duruma düşməyi özünə layiq bilmir. Bu yerdə Fridrix Nitşsenin “Zərdüşt belə deyirdi” əsərindəki “Hərb və hərbçilər” bölümündən bir misalı xatırlatmaq yerinə düşər. O, yazırdı :

“Sülhü yeni müharibələrə hazırlıq fürsəti kimi sevməlisiz. Qısa müddətli sülh uzunundan daha xoş gəlməlidir sizə”.

Birinci dünya müharibəsi bitəndən bir il sonra Almaniyada bu cür filmin çəkilməsi F.Nitsşenin bu fikirlərini kino diliylə təsdiqlədi. Sosioloq Ziqfrid Krakuer bu filmi nasional-sosializmin kəhanətçisi kimi qiymətləndirmişdir.

Xəyali bir alman şəhərinə gələn doktor Kaliqari (Verner Kraus) lunatik sirk nömrəsini göstərmək üçün icazə alır. Şəhər idarəsinin işçisi bu icazəni Kaliqariyə gülərək ciddiyə almadan verir. Bu epizodda Kaliqarizmə fikir verməməyin sonradan fəsadlara səbəb olacağı ideyası irəli sürülür.Filmin əvvəlində Kaliqarinin kabineti kimi məkan sirk çadırı kimi göstərilir. Nümayiş çadırında lunatik Sezar Françisin dostu Alana həmin gecə öldürüləcəyini deyir. Həmin gecə Sezar ilk cinayətini həyata keçirir. Bununla xəyali şəhər cinayət mərkəzinə çevrilir. Artıq şəhər Kaliqarinin kabinetinə çevrilməyə başlayır. Filmin adındakı dərin məntiq burada təsdiqni tapır. Sezar Alanı qətlə yetirir. Françis bu qətlin üstünün açılmasını özü üçün şərəf işi kimi görür. Defarmosiyaya uğramış şəhərin fonunda Françis həqiqəti axtarmağa başlayır. O, bununla Kaliqarinin mənzilinə gəlir. Polislərlə cinayətin üstünü açmağa ümid edən Françisi Kaliqari aldadır. O Sezarın yerinə onun kuklasını qoyur. Filmdə bununla düyün açılmağa başlayır.

Sezar bundan sonra Ceyni qətlə yetirmək istəyir. Lakin istəyinə nail olmur. Ceynin yanında olan Françis daha bir gərgin mərhələyə daxil olur. Dostu öldürüldükdən sonra Françisin Ceynə qovuşmaq ümidi artır, o, həm də bu baxımdan cinayətin açılmağında maraqlı olur. Çünki, bunun nəticəsində Ceynə qovuşa bilər. Biz Françisin timsalında insan içindəki qarışıq duyğuların harmoniyasını görürük.

Film boyu Kaliqarinin evi, polis idarəsi, küçələr defarmosiya uğramış şəkildə göstərilir. Kaliqarinin qatil kimi istifadə etdiyi Sezar da bu küçələrdən keçərək öz fəaliyyətini göstərir.

Filmdə teatr dekorasiyalarının ciddi təsiri göz önündədir. Bir çox səhnələr teatr tamaşası kimi görünür. Biz bununla yüz il öncə teatr estetikasının kino üzərində öz güclü təsirini görürük. Kino tətqiqatçısı İan Aitken “Avropa kino qaydaları” kitabında belə qeyd edir:

“Doktor Kaliqarinin kabineti kommersiya studiyası sistemi içində ekranlaşdırılmışdır və film Ekspressionist vizual motivləri daha ənənəvi anlayış vasitələriylə bir araya gətirir”.

Lakin bununla yanaşı ekran əsəri alman kinosunun texniki baxımdan inkişafında mühüm rol oynamışdır. Alman film tətqiqatçısı Anton Kes bu filmin rejissorların xüsusi effektlərdən istifadə etməsi üçün böyük kömək göstərdiyini qeyd edirdi. Həmçinin fransız rejissoru Abel Qans filmi bütün rejissorlar üçün dərs adlandırmışdı.

Kaliqarinin kim olduğu filmin sonunda bəlli olur. Bu sonluq filmin ideyasını da aydınlaşdırır. Françis nəhayət psixiatik xəstəxanaya gəlir, o, Kaliqarinin orda baş həkim olduğunu öyrənir. Digər həkimlər onun gündəliklərini oxuyurlar. Aydın olur ki, bu həkim özünü 18-ci əsrdə yaşamış insana bənzədərək cinayətləri törədibmiş. Doktor Kaliqari küçəni gəzdiyi zamanı ekranda bir neçə Kaliqari sözünün yazılması insanın psixoz durumda olmasını əks etdirir. Kaliqarinin əslində beyinlərdə yatdığı mesaj verilir. İnsan ən əvvəl xəyalında canlandırdırdığı varlıqda mövcuddur. Bu Ekspressionist cərəyanın həyata baxışını əks etdrir. Onun əl-qolunu bağlayaraq bir qırağa atırlar.

Lakin Françis sonda real aləmə qayıdır. O öz baş həkimini görərkən “hamınız dəli olduğumu düşünürsüz, əslində baş həkim dəlidir”, deyərək onun üstünə hücum edir.

O dövrkü alman cəmiyyətindəki psixoloji gərginliyi bu sözlər ifadə edir. Başda duranların yanlışı insanları çarəsiz, torpaqları xarabaya çevirib. Belə olan halda ağıllılarla dəlilərin yeri dəyişik düşmüş olur. Film bu mesajı verərək tamamlanır.

Gallery

# 2455 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
# # #