Dünya şöhrətli fotoqraf: "Azərbaycanda şəhid uşaqlarına foto dərsi keçəcəm"

Dünya şöhrətli fotoqraf: "Azərbaycanda şəhid uşaqlarına foto dərsi keçəcəm"
16 fevral 2021
# 15:30

Bu gün Heydər Əliyev Mərkəzində dünyaca məşhur fotoqraf Rza Deqqətinin mətbuat nümayəndələri ilə görüşü keçirilib.

APA-nın məlumatına görə, tədbirin təşkili üçün Heydər Əliyev Fonduna təşəkkür edən R. Deqqəti uşaqlığından bəhs edib.

O bildirib ki, hələ uşaqlıqdan gözəllik və yoxsulluq onu cəlb edib: "Bu iki şey məni həmişə cəlb etsə də, görürdüm ki, bunları sözlə deyə bilmərəm. Beləcə foto çəkmək qərarına gəldim. Düz 55 il əvvəl mən ilk fotolarımı çəkməyə başladım".

R. Deqqəti fotoları ilə bəşəriyyətə xidmət göstərməyə çalışdığını vurğulayıb: "55 il ərzində dünyanın bir çox jurnallarında, o cümlədən "National Geographic" jurnalında çalışmışam. Fotolarımda hər zaman insanları göstərməyə və onların sözlərini dünyaya çatdırmağa cəhd eləmişəm".

Sonra R. Deqqətinin fotolarından ibarət 6 dəqiqəlik videoçarx nümayiş olunub.

Daha sonra əsərlərində bəhs edən fotoqraf indiyə kimi 33 kitabının çap edildiyini, onların içində Azərbaycana aid nəşrlərin də yer aldığını diqqətə çatdırıb: "Mənim 20 Yanvar, Xocalı soyqırımı, məcburi köçkünlərlə bağlı kitablarım da var. Bu kitablar Mehriban xanım Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən nəşr edilib".

20 Yanvar və Xocalı soyqırımını işıqlandırmasından da bəhs edən R. Deqqəti bu fotoların bir çoxunun böyük çətinlik hesabına ərsəyə gəldiyini qeyd edib: "Xocalı soyqırımından dərhal sonra Bakıya gəldim, sonra Ağdama yollandım. Ermənilərin Xocalıda törətdiklərinin canlı şahidi oldum. Orada Allahverdi Bağırovun köməyi ilə əsirlərin dəyişilməsində iştirak elədim. Ermənilərin arasında Fransadan gəlmə erməni də var idi. Allahverdi Bağırov mənə dedi ki, sən özünü fransız kimi təqdim elə və onunla fransızca danış, mən də o cür elədim. Mən orda azərbaycanlı əsirlərin hansı işgəncələrə məruz qalmasına şahid oldum. Dəyişdirilən əsirlərin çoxu aclıqdan ayaq üstə dura bilmir, danışmağa çətinlik çəkirdilər".

Torpaqlar işğaldan azad olunduqdan sonra yenidən Ağdama səfər etdiyini bildirən fotoqraf onun o vaxt çəkdiyi yerlərin heç birinin indi qalmadığını vurğulayıb: "O vaxt Ağdam Cümə məscidinin arxasında morq var idi. Mən orda da çəkiliş etmişdim. Torpaqlar azad edildikdən sonra mən yenidən Ağdama getdim və həmin yerdə sərgi keçirdim".

O, həmçinin birinci və ikinci Qarabağ müharibəsində çəkdiyi şəkilləri də müqayisə edib: "Birinci Qarabağ müharibəsi zamanı döyüşçülərlə birgə Şuşada, mədəniyyət evinin qabağında şəkil çəkdirmişdik. Şuşa azad edildikdən sonra mən o şəkli çap edib yenidən Şuşaya getdim, lakin o binanı tapa bilmədim, ermənilər tamamilə dağıtmışdı".

Dünyada indiyə qədər 460 sərgisinin təşkil edildiyini diqqətə çatdıran fotoqraf onların bir neçəsinin Azərbaycan və Xocalı soyqırımı ilə bağlı olduğunu vurğulayıb.

# 2959 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər