Buker mükafatının qısa siyahısı açıqlandı

Buker mükafatının qısa siyahısı açıqlandı
15 sentyabr 2020
# 18:41

Buker mükafatının qısa siyahısı elan olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qısa siyahıya amerikalı yazıçılar Dayan Kuk, Avni Doşi və Brendon Teylor, Zimbabvedən olan Sisi Danqarembqa, Efiopiya-Amerika yazıçısı Maaza Menqiste və Amerika-Şotlandiya yazıçısı Duqlas Stüartın əsərləri daxildir.

İki dəfə Buker mükafatının sahibi olmuş ingilis yazıçı Hilari Mentel bu dəfə qısa siyahıya düşməyib.

Qalibin adı noyabrın 17-də açıqlanacaq.

Mükafatın finalçıları 2.5 min funt sterlinq əldə edəcək, bundan başqa kitabları xüsusi tirajla çap ediləcək. Qalib isə 50 min funt qazanacaq.

Qeyd edək ki, Buker mükafatı 1968-ci ildə təsis olunub və 1969-cu ildən təqdim edilir. 2014-cü ilə qədər mükafatın laureatları yalnız Böyük Britaniya, İrlandiya və Millətlər Birliyi ölkələri arasından seçilirdi. 2014-cü ildən isə qaydalarda dəyişikliklər edilib. Artıq ingilis dilində yazılmış və mükafatın təqdim edildiyi il Böyük Britaniyada olan rəsmi nəşriyyat tərəfindən nəşr edilmiş istənilən romanın müəllifi namizədliyini irəli sürə bilər. Mükafatın ilk sahibi “Buna görə cavab vermək lazım gələcək” əsəri ilə Persi Hovard Nyubi olub. Müxtəlif illərdə Buker mükafatının qalibləri sırasında Ayris Merdok, Kazuo İşuquro, Uilyam Qoldinq kimi yazıçılar yer alıb. Ötən ilin qalibləri isə kanadalı Marqaret Etvud və britaniyalı Bernardin Evaristo olublar.

Xatırladaq ki, İngilis dilinə tərcümə olunan əsərlər üçün "Buker" mükafatı bu il avqustun 26-da Hollandiya yazıçısı Marika Lukas Reyneveldə verilib.

# 2875 dəfə oxunub

Oxşar xəbərlər

"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə

"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə

17:39 7 aprel 2026
Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edildi

Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edildi

17:23 7 aprel 2026
Məşhur reper güllələndi

Məşhur reper güllələndi

16:51 7 aprel 2026
“Molla Nəsrəddin”  jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

“Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

16:30 7 aprel 2026
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti

15:50 7 aprel 2026
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi

İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi

14:36 7 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər