Bu seksual qadınlar sizə gülməli görünəcək - Fotolar

Bu seksual qadınlar sizə gülməli görünəcək - Fotolar
19 fevral 2020
# 17:51

Kulis.az dünyanın bəzi ölkələrində qadınların gözəllik simvolu hesab edilən qeyri-adi faktları təqdim edir.

Tacikstanın bəzi bölgələrində qadınlarda çatma qaş gözəllik simvolu hesab olunur. Yerli xalq çatma qaşlı insanları şanslı həyat yaşayacaqlarına inanır.

Qərb ölkələrində düz dişlər mükəmməl təbəssümün tərifidir. Ancaq Yaponiyada cazibədar olmağım ən əhəmiyyətli göstəricilərindən biri əyri dişlər hesab olunur. Hətta əyri dişlərə sahib olmaq üçün yaponlar diş həkimlərinə müraciət edirlər.

Qərbi Afgrika, Yeni Qvineya sakinləri və bəzi digər Afrika ölkələrində yaşayan insanlar bədənlərini naxış və çoxsaylı sənət izləri ilə bəzəyirlər. Adətən kişilərə tətbiq edilən bu işarələr qadınlar üçün də gözəlliyin göstəricisi hesab olunur.

Cənubi Koreyada plastik əməliyyat təkcə geniş yayaılmaqla qalmır, tamamilə normal sayılır. Burada üzün ürək şəkilini alması gözəl görünməyin ən vacib yollarından biri hesab olunur. Buna nail olmaq üçün bir çox koreyalı mürəkkəb əməliyyatlar keçirməyə hazırdır. Şəxs bu cür əməliyyat keçirdikdən sonra uzun müddət qatı yemək yeyə bilməz.

Mavritaniyadakı qadınların qarnında yağ təbəqəsi olmasa, kişilərin diqqətini çəkmək şansları yoxdur. Bu ölkədə artıq çəkili qadınlar gözəl hesab olunur.

Bilindiyi kimi, İran rinoplastikanın paytaxtı hesab olunur. Bu ölkədəki kişilər və qadınlar təkcə gözəllik simvolu olduğu üçün deyil, eyni zamanda cəmiyyətdəki bəlli bir statusu olan insanların sahib olduqları düz burun uğrunda hər şey etməyə hazırdılar. Qəribə olan şey isə , üzdəki cərrahi sarğıların insanı cazibədar göstərdiyinin düşüncəsidir.

Gallery

Asiyanın bir çox yerində solqun cild gözəlliyin qızıl qaydası olaraq qəbul edilir. Təraşdan sonra solğun cild kişilərin də cazibədarlığının simvoludur. Bir çox çinli üçün qaralmaq arzusu dəlilik hesab olunur.

Afrikanın Fula Qəbiləsində vacib olan ən əhəmiyyətli şey bir qadının geniş alına sahib olmasıdır. Buna görə də qəbilənin qadınlarının bir çoxu alınlarının daha geniş görünməsi üçün saçlarının ön hissəsini keçəl qırxdırılar.

Burmanın şərq bölgələrindən birinə “Zürafə qadınlar ölkəsi” deyilir. Bu ərazidə qadınların hündür boylu olması gözəllik hesab olunur.

Efiopiyadakı Mursi Qəbiləsində qızlar alt dodaqlarınını dərisini xüsusi disklər vasitəsi ilə uzadırlar. Disk nə qədər böyük olarsa, qızın sosial statusu o qədər yüksək, subaydırsa cehizi o qədər böyük olar. Bu qeyri-adi ənənənin arxasında səbəblərlə bağlı iki teorem var

1- Mursi Qəbiləsi, pis ruhların insanın daxilinə ağzı vasitəsiylə girəcəyinə inanır və bu səbəblə disk onları dayandırmaq üçün istifadə olunur.

2- Mursi qadınları, kölə olmamamq üçün bunu edir.

# 12510 dəfə oxunub

Oxşar xəbərlər

Meqan Markl Avstraliyada təhqir olundu

Meqan Markl Avstraliyada təhqir olundu

12:30 24 iyul 2026
Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

11:37 24 iyul 2026
95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

11:35 24 iyul 2026
"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı

"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı

11:22 24 iyul 2026
"Dediyimi eləməsən, özümü öldürəcəyəm..." - Səməd Vurğun Abdulla Şaiqin evində kimi hədələmişdi?

"Dediyimi eləməsən, özümü öldürəcəyəm..." - Səməd Vurğun Abdulla Şaiqin evində kimi hədələmişdi?

10:00 24 iyul 2026
Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər