Beynəlxalq Yazıçılar Gildiyası azərbaycanlı yazıçı ilə görüş keçirdi

Beynəlxalq Yazıçılar Gildiyası azərbaycanlı yazıçı ilə görüş keçirdi
30 avqust 2021
# 17:04

Beynəlxalq Yazıçılar Gildiyası azərbaycanlı yazıçı Varis Yolçiyevlə onlayn yaradıcılıq görüşü keçirib.

Kulis.az xəbər verir ki, Lada Baumgartenin rəhbərliyi ilə reallaşan görüşə müxtəlif ölkələrin yazıçıları da qatılıb.

İki saata yaxın davam edən görüşdə Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl medala layiq görülən, London ədəbi mükafatının qısa siyahısına düşən “Metamorfoz”, Nyu-Yorkda Dünya Yazıçıları Konqresində pitçinqi keçirilən “77-ci gün”, Türkiyədə ən populyar kitablar siyahısında yer alan “Son məktub”, Özbəkistanda ən çox satılan kitablar sırasında 2-ci yerə yüksələn “Sənə inanıram”, Rusiyada Moskva Ədəbiyyat Mükafatı qazanan “Yanvarın 13 günü” romanları söhbət mövzusu olub.

Varis Yolçiyev əcnəbi yazarlara Qarabağın tarixindən, İrəvan xanlığından danışıb, onları xəbərsiz olduqları mətləblər barədə məlumatlandırıb. Sonra yazıçı yaradıcılıq planlarını açıqlayıb, oxucuların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, Beynəlxalq Yazıçılar Gildiyası Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən elitar ədəbi qurumdur, sıralarında Avropa, Amerika, Asiya və Avstraliya yazıçılarını birləşdirir. Hər bazar günü zoom platforması üzərində bir yazıçıyla görüş təşkil edən qurum sentyabr ayında növbəti tədbirlərini yazıçılar B.Quberman (İsrail) və T.Kayzer (Almaniya) ilə keçirəcək.

# 3274 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər