Bakıda keçiriləcək beynəlxalq festivalın münsifləri uşaqlar olacaq

Bakıda keçiriləcək beynəlxalq festivalın münsifləri uşaqlar olacaq
23 aprel 2020
# 14:39

III “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində uşaqlar olacaq.

Kulis.az xəbər verir ki, təşkilatçılar bu ilki festivalda uşaqlardan ibarət münsiflər heyətinə qoşulmaq hüququnun şərtlərini elan edir. Belə ki, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi“ müsabiqəsinin qaliblərini 5-10 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

Müraciətlər 15 may 2020-ci il tarixədək [email protected] e-poçt ünvanına göndərilməlidir. Nəticələr 31 may tarixində açıqlanacaq. Seçim qaydaları ilə buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, III “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il tarixlərində Bakı və Şəki şəhərlərində keçiriləcək.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, “Nizami” Kino Mərkəzi və digər tərəfdaş və sponsoraların dəstəyi ilə təşkil edilir.

# 3285 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər