Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər

Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər
21 oktyabr 2020
# 18:36

Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətini, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqə 3 ədəbi janr üzrə keçirilir: Hekayə, esse və poeziya (şeir). Müsabiqəyə esse və şeirlərin qəbulu üçün son tarix noyabrın 25-ə kimi, hekayələrin qəbulu üçün isə noyabrın 30-a kimidir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Əsərlər orijinal olmalı və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalı, Azərbaycan Respublikasının dövlət dilində yazılmalıdır. Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail), hansı ədəbi janr və kateqoriya üzrə iştirakçı olduğunu qeyd etməlidir. Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

Əsərlər elektron formada aşağıda göstərilən e-poçt ünvanına göndərilməlidir.

Hekayə janrı üzrə müsabiqənin mövzusu hərbi vətənpərvərlikdir.

Müsabiqəyə 20.000 (iyirmi min) işarədən artıq olmayan hekayələr qəbul olunur. Hekayənin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

Esse janrı üzrə yazılar “Qarabağdan namə” mövzusunda olmalı, mətnin həcmi 700 sözdən çox olmamalıdır.

Poeziya (şeir) janrı üzrə əsərlər istiqlaliyyət və milli ruhun tərənnümü, Qarabağ müharibəsi mövzusunda olmalıdır. Müsabiqəyə iri həcmli nəzm əsəri (poema) qəbul olunmur.

Müsabiqədə peşəkar yaradıcı şəxslər, həvəskar yaradıcı şəxslər, 10-15 yaş arası uşaqlar (bu kateqoriya üzrə iştirakçılar şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir) iştirak edə bilərlər.

Müsabiqənin mükafat fondu 20 700 (iyirmi min yeddi yüz) manatdır.

Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq hər bir janrda “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 3 əsas qalib, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 3 həvəsləndirici qalib, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 5 nəfər qalib seçiləcək.

Hər bir janr üzrə əsas qaliblərə (9 nəfərə) fəxri diplom və 1500 manat pul mükafatı təqdim olunacaq.

Hər bir janr üzrə həvəsləndirici qaliblərə (9 nəfərə) xüsusi diplom və 800 manat pul mükafatı təqdim olunacaq.

Hər bir janr üzrə qalib uşaqlara (15 nəfər) fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə bir illik ödənişsiz ziyarət kartı təqdim olunacaq.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: (012) 493 42 94

İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: [email protected]

# 3889 dəfə oxunub

Oxşar xəbərlər

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

10:00 16 avqust 2026
Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər