Aytən Cavanşir müharibə, terror və sevgidən roman yazdı

Aytən Cavanşir müharibə, terror və sevgidən roman yazdı
10 fevral 2020
# 14:09

Gənc yazar Aytən Cavanşirin yeni romanı işıq üzü görüb.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, “Qanun” nəşriyyatında çap olunan “Qayıtmasam da, gözlə” romanının əsas mövzusu müharibə və terrora qarşı etiraz və böyük sevgiyə inamdır: “Zənnimcə, hər bir oxucu kitabda ruhuna yaxın mövzu tapacaq. Böyük sevgi fonunda dünyadakı siyasi proseslər, düzgün yaşayış prinsipləri, ədalətə fərdi yanaşma əks olunub. Bununla belə ifrat sədaqət hissi, cahilcəsinə, kor-koranə, qovuşacağına inanmadan gözləmək qədər absurd görünən məhəbbət...”

Əsərdə əsas hadisələr Bakı ilə yanaşı, İtaliya, Fransa və İraqda cərəyan edir.

Kitabın annotasiyasında deyilir: “Əsərin qəhrəmanı Ejeni axtarışdadır. Xoşbəxtliyin nə olduğunu dəqiq bilməsə də, ona can atır. Günlərin bir günü qonaq olduğu Bakıda əntiq əşyalar dükanında onu görür və həmin gündən həyatı dəyişir. İndi başa düşür ki, bu yaşa qədər ali hislərdən bixəbər yaşayıbmış. Lakin qəfil aşiq olduğu həkimin ürəyinə yol tapmağın asan məsələ olmadığı üzə çıxır. Klassik musiqi heyranı olan cərrah özünü olduqca qəribə aparır. İlk baxışda hər kəsə qarşı biganə olan həkim əslində göründüyü kimi deyil. O, keçmişinin bu zərif qıza xələl gətirəcəyini düşünüb gəldiyi yerlərə qayıdır. Bütün hekayə də elə bundan sonra başlayır. İndi ayrılıqda ikən qayıtmaq istəyi var. Amma bu, mümkün olacaqmı?”

Müəllifin sayca ikinci romanı olan “Qayıtmasam da, gözlə” bu gündən “Əli və Nino” mağazalarında olacaq.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, okyanus, yazı, su ve açık hava

# 5804 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər