Aydını, Namiqi bağladı, qumarda tələyə saldılar, yüksək dozadan öldü – Əlislam Dağlının həyatını məhv edən məşhur kim idi?

Aydını, Namiqi bağladı, qumarda tələyə saldılar, yüksək dozadan öldü – Əlislam Dağlının həyatını məhv edən məşhur kim idi?
6 avqust 2021
# 12:01

Kulis.az mərhum meyxanaçı Əlislam Dağlı haqqında maraqlı faktları təqdim edir.

Əlislam İslamov 1979-cu ildə Yasamalda doğulub. Meyxanaçı kimi Yasamalda yetişib və Yasamal meydanlarında formalaşıb. Əksər dağlılar kimi özünə ustad olaraq Nizami Rəmzini seçib. Ələkbər Yasamallı və Cəfərlə meyxana deyib. Onun qayınatası da köhnə meyxanaçılardan olub.

***

Bu günün ən məşhur meyxanaçılarından olan Rəşad Dağlı meyxana deməyə Əlislam Dağlı və onun meyxana dediyi şəxslərin yanına gəlirmiş. Hətta Əlislamın öz yaxınlarına danışdığına görə o vaxtlar Rəşad toppuş bir uşaq imiş, onlar məktəbin hasarını aşaraq meyxana deməyə gedərkən Rəşad hasarı aşa bilmirmiş, onu birtəhər qaldırıb özləri ilə aparırmışlar.

No description available.

1996-cı ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən ilk meyxana festivalının qalibi məhz Əlislamdır. Əlislam bu yarışmada Aydın Xırdalanlını, Namiq Qaraçuxurlunu bağlayaq qalib olmuşdu, ikinci, üçüncü yerləri isə Aydın və Namiq tutmuşdu.

***

Səlis, iti fikirləri, eyni zamanda, analitik düşüncəsi Əlislamı həmkarlarından xüsusi fərqləndirən cəhətlərdən idi.

***

Yaddaqalan meyxana qarşılaşmalarından birində – Yasamallı Həsən əminin 45 illiyində Namiq Qaraçuxurlu, Aydın Xırdalanlı, Rəşad Dağlı və digər meyxanaçıların iştirak etdiyi məclisdə xiridarların fikrincə ən yaxşı meyxananı Əlislam deyir. Təəssüf ki, meyxanasevərlərin dəfələrlə izlədiyi “Bizdə olur söhbətin əntiqəsi” meyxanası bəlli olmayan səbəblərdən sosial şəbəkələrdən silinib.

No description available.

Əlislamın meyxananın ən güclülərindən olan Aydın Xırdalanlını və digər ustadları meydanda dəfələrlə sıxdığı heç kəsə sirr deyil. Hətta dövrünün kralı Məşədibaba belə Əlislamla meyxana deyəndə ehtiyat edir, hər an rəqibinin onu sıxa bilmə ehtimalını unutmurdu.

***

Əlislam Dağlının gün-gündən məşhurlaşması o dönəmin meyxana mafiyasını ciddi narahat edirdi. Bir çox gənc meyxanaçıların axırına çıxmış həmin kabus gənc Əlislamın da üzərinə çökür. Bütün meyxanasevərlərin və xiridarların yaxşı tanıdığı qocaman meyxanaçılardan biri gənc Əlislamı qumara çəkərək onu tələyə salır. O, qumarda uduzan gənc meyxanaçını əvvəlcə borcu ilə bağlı narahat olmamağa çağırır. Ardınca isə bütün məclislərdə onun haqqında qeyri-ciddi adam imici yaradır, getdiyi hər yerdə deyir ki, onunla meyxana deməyin, onun tavanı çönüb.

No description available.

Beləliklə, Əlislam yazılmamış qanunlarla idarə olunan meyxana aləmində “tavanı çönmüş”, necə deyərlər, “neseryoznıy” adam imici qazanır. Bununla da onun qara günləri başlayır. Bir zamanlar bütün məclislərin ən iti meyxana deyəninin ayağı məclislərdən, ciddi meydanlardan kəsilir. Haqqında yaradılan qeyri-ciddi adam imici Əlislamın axırına çıxır. Beləliklə o, narkotikə qurşanır, aludəçiliyi artır və həbsə düşür.

***

Təəssüf ki, narkotik gənc Əlislamın təkcə karyerasını deyil, cavan canını da məhv etdi. 2017-ci ilin bir yaz səhəri meyxana dünyasında illər əvvəl sönmüş bir ulduz bu dünyada da əbədi sönür. O səhər xəbər saytlarında yalnız bir xəbər diqqət çəkirdi: Meyxanaçı yüksək dozadan dünyasını dəyişdi...

# 16812 dəfə oxunub

Oxşar xəbərlər

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü  qeyd olundu

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

18:20 1 iyun 2026
Azərbaycanlı rejissor “Gələcəyin təlimatçısı”  adına layiq görüldü

Azərbaycanlı rejissor “Gələcəyin təlimatçısı” adına layiq görüldü

18:00 1 iyun 2026
Heykəltəraş Cümşüd İbrahimlinin 85 illiyi qeyd olundu

Heykəltəraş Cümşüd İbrahimlinin 85 illiyi qeyd olundu

16:30 1 iyun 2026
Fəhlə ailəsindən çıxan yazıçının böyük uğuru - Əyalətdə yazılan roman ən yaxşılar siyahısında

Fəhlə ailəsindən çıxan yazıçının böyük uğuru - Əyalətdə yazılan roman ən yaxşılar siyahısında

15:30 1 iyun 2026
Puşkinin dostu olan poliqlot bəstəkar - Çar niyə ona brilyant üzük bağışlamışdı?

Puşkinin dostu olan poliqlot bəstəkar - Çar niyə ona brilyant üzük bağışlamışdı?

15:00 1 iyun 2026
Çarlz Dikkens irqçi idi? – Muzeyin addımı qalmaqal yaratdı

Çarlz Dikkens irqçi idi? – Muzeyin addımı qalmaqal yaratdı

14:23 1 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər