Arif Quliyevlə ad günü söhbəti: "Onu kim deyibsə qələt eləyib"

Arif Quliyevlə ad günü söhbəti: "Onu kim deyibsə qələt eləyib"
16 may 2020
# 13:37

Bu gün Xalq artisti Arif Quliyevin 70 yaşı tamam olur. Kulis.az Xalq artisti ilə qısa müsahibəni təqdim edir.

- Arif müəllim son günlərin ənənəvi sualı ilə başlayaq söhbətə. Karantin günlərini necə keçirdiniz?

- Karantin günlərində koronavirusla gizlənqaç oynayırdım. Evdə gizlənirdim o da məni axtarırdı. Mən canımı çox istəyirəm, ona görə də bütün qaydalara nöqtə, vergülünə qədər əməl edirəm. Kefim də çox əladır.

- “Necəsən?” sualına “yaxşıyam” cavabı vermək adət olub. 70 rəqəmi sizi az da olsa narahat etmir?

- Yox, o şablon mənə aid deyil, mən həmişə yaxşı, əla, gözəl olmuşam. Heç nəyə təəssüflənən insan deyiləm. Yaşlanmaq da məni qorxutmur. Hər şey öz axarı, gözəlliyi ilə gəlib. İstədiyim rolları oynamışam və çalışmışam ki, oynadığım obrazları elə yaradım ki, sonra geriyə baxanda vaxtımın, ilimin günümün hədər getdiyi təəssüratı yaranmasın məndə.

- Hazırda nə işlə məşğulsunuz?

- Heç bir işlə məşğul deyiləm. Pensiyadayam. Evdə oturmuşam. Arada çıxıb hava alıram. Seriallara təkliflər gəlir, amma məni qane etmədiyi üçün razı olmuram.

- Nə qane etmir sizi?

- Heç kim qiymət söhbəti eləmir. Elə deyirlər gəl çəkil. Bir də mən komediya filmlərində oynamaq istəyirəm .Dəvət olunduğum filmlərin, serialların janrları komediya deyil. Yaxşı yumorlar yazılmır.

- Jurnalistlərdən incimişdiniz deyəsən. Media ilə aranızdakı buzları əridə bildiniz?

- Onu kim deyibsə qələt edib. Mediadan incimək olar? Mən 1972- ci ildən media ilə dostam. Özüm də bir müddət jurnalist kimi fəaliyyət göstərmişəm. Media həyatın güzgüsü, bu günün səsi, sabahın işığıdır. Aktyoru həmişə tərifləmək olmaz ki, arada tənqid də yazmaq olar.

- Bir ara ölüm xəbəriniz çıxmışdı. Necə qarşıladınız bu xəbəri?

- Pandemiyadan əvvəl həkimə getmişdim. Həkim məni yoxlayıb dedi ki, ölənə kimi yaşayacaqsan (gülür). Onda da heç kimdən incimədim. Gülə-gülə qarşıladım. Dedim Allah canlarını sağ eləsin. Dedilər məhkəməyə ver. Dedim yox. Qoy yazsınlar yaxşı edirlər, ömrümü uzadırlar.

- Yubileyiniz karantin günlərinə düşdü. Təmtəraqlı qeyd etmək planınız var idi?

- Açığı bu vaxta qədər heç bir ad günümü geniş şəkildə qeyd etməmişəm. 70 yaşım olur. Yubileydir. Hamı təbrik edir bəsimdi. Xalq artistiyəm, Prezident təqaüdçüsüyəm. Hər şeyim var. Nə xalqımdan, nə hökumətimdən umacağım yoxdur.

- Sənətdə olduğunuz bu illər ərzində nəyi verdiniz, nəyi qazandınız?

- İllərimi verib sevgi, hörmət qazanmışam. Sənət şərt deyil ki, aktyora pul qazandıra. Bu gün də prezident təqaüdü alıram həyatımdan dolanışığımdan narazılığım yoxdur. Başqaları kimi biznesim yoxdur, heç dərdim də yoxdur. Nə yoxlamırlar, nə baxmırlar. Beşdən alacağım üçdən verəcəyim yoxdur. Ən böyük xoşbəxtlik budur.

Mən qəm-kədərin nə olduğunu bildiyim üçün heç kəsə bunu arzulamıram. Kədərlər, əziyyətlər arxada qalıb. Hər zaman istəmişəm ki, insanların ürəyindən qəmi-kədəri çıxarıb atım, əvəzinə sevinc toxumu səpim. İnsanlara sevindirmək lazımdır, kiçik bir sevinc, zarafat bəs edir ki, qəlbləri gülsün. Bunu bacarıb-bacarmadığımı isə xalq deyə bilər.

- Bir daha təbrik edirik Arif müəllim

- Təşəkkür edirəm var olun.

# 5696 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #