Aqşin Yeniseylə Salam Sarvanın tərcümə davası - Qalmaqal

Aqşin Yeniseylə Salam Sarvanın tərcümə davası - Qalmaqal
13 dekabr 2019
# 12:43

Aqşin Yenisey Salam Sarvanla tərcümə mövzusunda yaşadığı mübahisəni bölüşüb. Yazıçı, şair bildirib ki, Azərbaycan dilinə normal tərcümə olunan mətnlər "dilimizə adekvat" deyil adı ilə bəsitləşdirilir. Kulis.az Aqşin Yeniseyin bu mövzuda fikirlərini təqdim edir.

Bu gecə səhərəcən Salam Sarvanla Azərbaycanda tərcümə ədəbiyyatının vəziyyəti haqqında yazışmışıq, daha doğrusu, kənd uşaqları kimi daş davasına çıxmışıq. Məsələ belədir ki, mən Milan Kunderanın - zəmanəmizin ən müzakirəsiz intellektualının - "Roman sənəti" kitabını türkcədən çevirib Salama vermişəm. Salam da deyir ki, tərcümən bərbaddır, çünki dilimizə adekvat deyil. "Dilimizə adekvat"lıq nə deməkdir, əvvəlcə onu deyim. Tərcümə etdiyin mətnin terminolji, intellektual, fəlsəfi, elmi qatını təmizləyirsən, istənilən müəllifi Səməd Vurğun şerinin bəsitliyinin gününə salırsan, olur dilimizə adekvat.

Milan Kundera Servantesdən bu yana olan Avropa tarixinə "Modern dövr" deyir, bu, intellktual adlandırmadır. Bizim redaktor dəyişib eləyir "Yeni dövr". Tarixdə min dənə "yeni dövr" var. Hətta bizə orta məktəbdə "Yeni Tarix" və "Ən yeni tarix" deyə iki fənn keçirdilər.

Ona görə, mən iddia edirəm ki, dili yox, müəllifi çevirmək lazımdır. Biz əsasən ruscadan çevirdiyimiz üçün müəllifləri deyil, rus dilini tərcümə edirirk.

Niyə Azərbaycan ədəbiyyatında üslubçu yazarlar yoxdur? Mövzu ədəbiyyata, adətən, alt şüurdan gəlsə də, üslub şüur hadisəsidir. Hətta Kafka kimi mövzularını yəhudi beyninin metafizikasından alan bir yazıçının gündəlikləri sübut edir ki, adam öz üslubu ilə necə şüurlu şəkildə maraqlanırmış. Şüuru isə mütaliə formalaşdırır. Mütaliənin böyük bir qismini isə tərcümə ədəbiyyatı təşkil edir. Biz tərcümə ədəbiyyatında da Azərbaycan ədəbiyyatını oxuyuruq, "O illərin çörəyində" Böllün yox, Əkrəm Əylislinin üslubu ilə qarşılaşırıq. Dünya yazıçılarının üslublarından xəbərimiz olmur. Çünki belə bir axmaq tərcümə ənənəsi var, kimliyindən asılı olmayaraq yad müəllif dilimizə uyğunlaşdırmalıdır. O dil ki, nə terminolji qatı var, nə elmi, nə fəlsəfi qatı var. Haydeggerin "Şərq-Qərb mədəniyyətinin toqquşması" adlı bir məqaləsi var, türkcə oxumuşam. Məqalədə işlənən, az qala, bircə sözün belə azərbaycanca qarşılığı yoxdu. Hadi, uyğunlaşdır görüm Əlibala Hacızadənin dilinə! Azərbaycan tərcümə məktəbi müəlliflərin üslubunu dilimizin qeyrətinə qurban verdiyi üçün ədəbiyyatımızda üslubçu yazarlar yetişmir. Saramaqonu ruscadan tərcümədə də (hələ İlqar Əlifoğlu yaxşı tərcümə edib) oxu, gəl türkcədə orijinaldan tərcümədə də oxu. Onda görəcəksən nələr itirdiyini.

Sənət, ədəbiyyat üslub məsələsidir, əfəndim, hər əlimizə keçən müəllifi Azərbaycan folklorunun səviyyəsinə tərcümə edib genəlmək doğru deyil. Üslubu, müəllifi tərcümə etmək lazımdır.

# 5584 dəfə oxunub

Oxşar xəbərlər

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
142 il əvvəl itən intibah dövrü sənət əsərləri  bir evin dəhlizində tapıldı

142 il əvvəl itən intibah dövrü sənət əsərləri bir evin dəhlizində tapıldı

12:30 31 oktyabr 2026
Venesiyada mükafat qazanan rejissorun yeni filmi "Netflix"də yayımlanacaq

Venesiyada mükafat qazanan rejissorun yeni filmi "Netflix"də yayımlanacaq

12:00 31 oktyabr 2026
Məktəblərdə psixi sağlamlıq - Tale Heydərov

Məktəblərdə psixi sağlamlıq - Tale Heydərov

11:20 31 oktyabr 2026
"Aerosmith" üç ildən sonra səhnəyə qayıtdı - Konsertə Conni Depp və Deyv Qrohl da qoşuldu

"Aerosmith" üç ildən sonra səhnəyə qayıtdı - Konsertə Conni Depp və Deyv Qrohl da qoşuldu

10:40 31 oktyabr 2026
Heydər Əliyev Mərkəzində “Art Weekend”in  rəsmi açılışı oldu

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı oldu

10:06 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər