Anar Kərimov Tacikistan səfiri ilə görüşüb

Anar Kərimov Tacikistan səfiri ilə görüşüb
6 noyabr 2020
# 15:12

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Tacikistanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Anar Kərimov Azərbaycan və Tacikistan arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, hər iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etməsi və genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən bu kimi görüşlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə ölkələr arasında mədəni əməkdaşlığa nəzər salınıb, mədəniyyətin müxtəlif sahələri üzrə mübadilənin daha da genişləndirilməsi, bu istiqamətdə birgə fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, müvafiq sahədə təhsil müəssisələri ilə tələbə mübadiləsinin reallaşdırılması, habelə gələcəkdə bu sahədə əlaqələrin inkişafına töhfə verə biləcək, hər iki xalqın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Rustam Soli ikitərəfli münasibətlərə toxunaraq, Tacikistanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini, münasibətlərin yüksək səviyyədə olduğunu və müvəffəqiyyətlə inkişaf etdiyini ifadə edib.

A.Kərimov həmçinin sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətdiyini, Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutduğunu, nəticədə dinc sakinlər arasında çox sayda ölən və yaralananların olduğunu, həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəydiyini diplomatın diqqətinə çatdırıb.

Həmçinin, Ermənistanın işğal altında saxladığı müddətdə əzəli yurd yerimizdə xalqımızın zəngin mədəni irsini talan etdiyini, tarixini saxtalaşdıraraq mənimsədiyini, tarixi abidələrini dağıtdığını və işğaldan azad olunan ərazilərdə bu kimi faktların üzə çıxdığını vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın ərazi bütövlüyünün Tacikistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini bildirərək, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada və baza prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib. Həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən qətiyyətlə pislənildiyini və bu hadisələrin rəsmi bəyanatlarında əks olunduğunu xüsusilə vurğulayıb.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

# 2760 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xalq artisti Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

18:10 9 fevral 2026
Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi

Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi

16:26 9 fevral 2026
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

16:23 9 fevral 2026
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

15:44 9 fevral 2026
"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?

"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?

15:44 9 fevral 2026
“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edildi

“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edildi

15:20 9 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər