6 il həbsdə oldu, atası onu oğulluqdan çıxardı, özünə qəsd etdi - Bu gün vəfat edən Emil Rəhmanoğlu haqqında

6 il həbsdə oldu, atası onu oğulluqdan çıxardı, özünə qəsd etdi - Bu gün vəfat edən Emil Rəhmanoğlu haqqında
19 sentyabr 2023
# 15:00

Bu gün müğənni Emil Rəhmanoğlu vəfat edib. Kulis.az ifaçı haqqında maraqlı faktları təqdim edir.


1. Emil Rəhmanoğlu Əməkdar artist Rəhman Rəhmanovun oğludur.

2. İfaçı 2005-ci ildə “Space” telekanalında yayımlanan “Azəri Star” televiziya müsabiqəsinin laureatı olub. Əməkdar artist Teymur Əmrahın Emilin karyerasında böyük rolu olub. İfaçı kimi özündən də üstün olduğunu bildirib. Emil müsahibələrindən birində: “Teymur Əmrahın mənim oxumağımda rolu yoxdur. Amma repertuar seçimi və Azərbaycanın klassik estradasının ən zövqlü bəstəkarlarını tanımaqda mənə köməyi dəyib” – qeyd edib.

3. Soyğunçuluqda günahlandırılan müğənni 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb və nəticədə 6 illik həbs cəzası alıb. Həmçinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.

4. Əməkdar artist Rəhman Rəhmanoğlu həbsdən sonra oğlundan imtina edib. O, mediaya açıqlamasında bildirib ki, bu onu maraqlandırmır: “O adam məni maraqlandırmır. Bir aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!”.

5. İfaçı uzun müddət narkotik asılılığından əziyyət çəkib.

6. Emil Rəhmanoğlu müsahibələrindən birində özünün və Elçin Cəlilovun narkotikə qurşanmasında bir Xalq artistini günahlandırıb. Ancaq onun adını heç vaxt açıqlamayıb.

7. Emil Rəhmanoğlu iki dəfə ailə həyatı qurub. İlk dəfə Şəbnəm adlı xanımla evlənib və o həbsdə ikən - 2014-cü ildə oğlu dünyaya gəlib. Adını Əli qoyublar. İkinci dəfə isə özündən 12 yaş kiçik müğənni Sabrina ilə evlənib. İfaçı bədnəzərdən qorxurmuş: “Çoxu mənim xoşbəxtliyimi istəmir. Toy etməmişik. Düşünürəm ki, toysuz da xoşbəxt olmaq olar.”

8. Qardaşı İlham 27 yaşında faciəvi şəkildə vəfat edib.
Həmin vaxt Emil Türkiyədə olub. Doqquz il sonra ölkəyə qayıdan ifaçı qardaşının məzarını ziyarət edib. O, qardaşının son nəfəsində yanında olmadığı üçün özünü heç vaxt bağışlamayacağını bildirib: “Anam deyir ki, son nəfəsində sənin adını sayıqlayırdı. Səni istəyirdi. Kaş həmin vaxt onun yanında ola bilərdim. Bu geri qalan ömrümdə mənim ən böyük peşmanlığım olacaq”

9. Müğənni istər sənət adamlarının, istərsə də yaxınlarının zərərli vərdişləri ilə bağlı onu tənqid etməsinə bu cür cavab verib:

“Bəli, mən pis vərdişlərin caynağında olmuşam. Uzun müddət bu vərdişlər məni özünə aludə etmişdi, hər şeydən ayrı düşmüşdüm. Yaş ötdükcə insan səhvlərini dərk edir. Mən realist adamam, tez-tez keçmişimə baxmağı xoşlayan insanam. Sabrina ilə tanış olduğumuz beş il, evli olduğumuz dörd il ərzində məndə kifayət qədər irəliləyiş olub. Düzdür, son beş ilin təxminən, iki il yarımını yenə də pis vərdişlərin caynağında olmuşam. Amma son 2-3 ildə demək olar ki, həmin vərdişlərdən uzağam. Hamı kimi məclisdən
məclisə içki içirəm, amma narkotik qəbul etmirəm. Bu vərdişlər Sabrinanın dəstəyi, yuxusuz gecələri, göz yaşları və müalicə sayəsində məndən uzaqlaşıb. Həm də o vərdişlər mənim səhhətimə çox pis təsir göstərdi”.

10. Sənətçi öz ifalardan heç vaxt razı qalmayıb:

“Çünki daha yaxşı oxuya bilərəm. Bu gün oxuduğum mahnını iki gündən sonra beş faiz daha yaxşı oxuyuram. Neçə illərdir bu sənətin içində olmağıma baxmayaraq, sənətdən, musiqidən yorulmuram. Küçədə olanda, piyada harasa gedəndə belə qəlbim və ağzım dayanmır, ancaq mızıldayıram. Bəzən iyirmi dörd saat bir mahnının üzərində dayanıram və hər dəfə başqa cür oxuyuram... Bu sözümə görə Allah keçsin günahımdan. Hərdən üsyan etmişəm ki, kaş bu istedadı, bu sənəti mənə verməyəydi”

11. Müğənni müsahibələrindən birində başına gələn faciələrin səbəbini yaxşı ifaçı olması ilə əlaqələndirib.

“Ortabab ifaçı olsaydım, bəlkə də, bu taleyi yaşamazdım.
Üç-beş manat qazanıb, evimə gələcəkdim. Bunlar hamısı mənim sənətimin və istedadımın ucbatından başıma gəldi”

12. Damla, Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu kimi müğənnilərə qulaq asa bilmədiyini etiraf edib. Niyam Səlami haqqında: “O, müğənni deyil, aşpazdır!”, özünü məktəb adlandıran Manaf Ağayev haqqında danışarkən: “Manaf Ağayev özünə məktəb deyir. Bu məktəb hansı rayondadır? Axı toy məktəbi deyilən şey yoxdur”- demişdi...

13. Emil 2019-cu ildə intihara cəhd edib: "Bu yaxınlarda intihar etmək istədim, çünki bezmişdim. Artıq bu yaşayışdan bezmişdim, hamının tənələri... Düzdür, mən demirəm düz etmişəm, düzgün həyat sürmüşəm. Bu, bir xəstəlikdir tutdu məni, amma mən düzəlmək istəyirəm…”

Rəhman Rəhmanov, Teymur Əmrah, Emil Rəhmanov - 15 İLİN FOTOSU, xeberler

14. Emil Rəhmanoğlu 2023-cü il sentyabrın 19-da səhər saatlarında dünyasını dəyişib.
Atası Aktyor Rəhman Rəmanov oğlunun ölümü ilə bağlı bunları deyib:

“Yazıq oldu, cavan canı getdi. Çox gec bildik. Sən demə, damarlarında tromb var imiş. Həkimlər əlindən gələni etdi, amma həyata qaytara bilmədilər. Mənim də qismətim belə gətirdi. Emilin sağ qalması üçün əlimdən gələni etdim. Heyif ki, onu yaşada bilmədim”.

# 13854 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

17:51 10 dekabr 2024
#
#
# # #